ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla əldə olunan razılaşma olmasaydı, dünyanı "qlobal depressiya" gözləyirdi.
Bizim.Media xəbər verir ki, Evian şəhərində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündən əvvəl jurnalistlərə açıqlama verən Tramp məsələni belə şərh edib: "Alternativ dünya depressiyası olardı... Hörmüz boğazı heç vaxt açılmayacaqdı".
Qeyd edək ki, iyun ayında ABŞ və İran Hörmüz boğazının blokadadan çıxarılmasını nəzərdə tutan memorandumun hazırlanmasını tamamladıqlarını təsdiqləyiblər.
Sənədin iyunun 19-da İsveçrədə imzalanması gözlənilir. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər saziş imzalandıqdan sonra 60 gün ərzində yekun razılaşmanın şərtlərini hazırlamaq üçün danışıqlar aparmalıdırlar.
Bizim.Media