Rusiyanın "NTV" telekanalında yayımlanan proqramların birində xarici həbsxanalarda olan Rusiya vətəndaşlarını geri qaytarmaq üçün ölkəyə gələn amerikalı reperlərdən istifadə edilməsi təklif olunub.
Bizim.Media xəbər verir ki, proqramda çıxış edən şəxs son zamanlar Rusiyaya çoxlu sayda reperin gəldiyini və onların əksəriyyətinin "ABŞ-dən olan qaradərili şəxslər" olduğunu bildirib.
O, irqçi bir ümumiləşdirmə apararaq, "Onların hamısı qadağan olunmuş maddələr qəbul edir.
Qaradərili reperlər hər zaman maddə istifadəçisidirlər" iddiasını irəli sürüb.
Çıxışçı bu vəziyyətdən sui-istifadə etməyi təklif edərək, sözügedən sənətçilərin üzərinə və ya əşyalarının arasına "bir az" narkotik vasitə atılmasını məsləhət görüb. Onun fikrincə, bu yolla sənətçiləri həbs etmək və daha sonra onları xarici ölkələrdə məhbus həyatı yaşayan rusiyalılarla mübadilə etmək üçün "mübadilə fondu" yaratmaq mümkündür.
Bizim.Media