Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü KEÇİRİLDİ - FOTO

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü olub.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.


Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bu, İtaliya ilə Azərbaycan arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinin təzahürüdür.
 

Biz Sizinlə tez-tez görüşürük Romada və eyni zamanda, bu, Sizin Azərbaycana ikinci rəsmi səfərinizdir. Keçən il Sizinlə görüş zamanı mən Sizi Azərbaycana dəvət etmişəm və təşəkkür edirəm ki, dəvətimi qəbul etmisiniz. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır.


Biz artıq bir neçə vacib məsələni müzakirə etmişik. Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır və beş il bundan əvvəl imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə deyə bilərəm ki, tam icra edilir.

Bizim əlaqələrimiz, eyni zamanda, yerləşdiyimiz bölgənin inkişafı üçün də önəmlidir, bizim Avropa İttifaqı ilə əlaqələrimizə müsbət təsir göstərir. İtaliya həmişə bizim Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasına öz dəstəyini vermişdir və biz buna görə Sizə minnətdarıq.

Təbii ki, energetika sahəsində bir çox əhəmiyyətli nəticələr var. Bu barədə biz artıq danışmışıq. İndi geniş tərkibdə bu müzakirəni davam etdirəcəyik.

Nəticələrlə bağlı, əlbəttə ki, bir-birimizi haqlı olaraq təbrik edə bilərik. Amma bizim planlarımız daha genişdir. Həm İtaliya ilə ikitərəfli formatda, həm Avropa İttifaqı ilə bütövlükdə energetika sahəsində yeni layihələrin həyata keçirilməsi məsələləri çox vacibdir və biz bu məsələlər üzərində uğurla çalışırıq.

Sabah da çox gözəl tədbir olacaq – biz İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışında birlikdə iştirak edəcəyik. Bu, əslində, bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi üç il vaxt keçib. 2022-ci ildə mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir və artıq yüzlərlə tələbə təhsilə cəlb edilib. Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı dostluğu daha da möhkəmləndirəcəklər.

Bir daha Sizi salamlayıram və bir daha “Xoş gəlmisiniz!” deyirəm.

X X X

İtaliya Prezidenti Sercio Mattarella çıxış edərək dedi:


-Cənab Prezident, Sizə təşəkkür edirəm. Bizim görüşümüzdə qeyd etdiyim kimi, mən yenidən Bakıda olmağımdan məmnunluq duyuram. Sizi 7 ildən sonra yenidən Bakıda görməkdən doğrudan da çox məmnunam. Bu, ölkələrimizi, çoxşaxəli strateji tərəfdaşlığımızı birləşdirən dərin dostluğun təsdiqidir.
 

Sizin Romaya səfəriniz də dostluq əlaqələrimizin bir daha bariz nümunəsidir. Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk. Bu münasibətlər getdikcə daha da inkişaf edir və bir çox sahələri əhatə edir, gələcək üçün də çox böyük əhəmiyyətə malikdir.


Sabah Sizinlə birlikdə universitetin yeni kampusunun açılışında iştirak etmək mənim üçün böyük bir şərəfdir. Bu, bir daha onu sübut edir ki, ölkələrimiz arasındakı tərəfdaşlıq yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Bu, həmçinin bizim mədəni əlaqələrimizin də yüksək səviyyədə olduğunun və gələcəkdə gənclərimizin əməkdaşlığı üçün daha yeni üfüqlər açmasının nümunəsidir.

Mən Sizə dəvətinizə görə dərin təşəkkürümü bildirirəm. Bu, eyni zamanda, gələcəkdə yeni görüşlərimizin bir vəsiləsidir.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO