Klublarımızın bir gündə 3 çətin SINAĞI – Konfrans Liqasındakı oyunlarla bağlı PROQNOZLAR

Xəbər verdiyimiz kimi Çempionlar Liqasının ikinci turunda  "Qarabağ" "Şelburn" səddini aşaraq növbəti mərhələyə vəsiqə qazandı. Bu günsə 3 komandamız Konfrans Liqasında növbəti oyunlarına çıxacaq.  "Zirə" səfərdə Xorvatiyanın"Hayduk", "Araz Naxçıvan" Yunanıstanın "Aris"komandaları ilə çətin səfər oyunu gözləyir. İlk oyunda uğurlu nəticə əldə edən "Sabah"sa evdə Moldavanın "Petrokub" komandasını qəbul edəcək.

Bəs komandalarımızın növbəti mərhələyə çıxmaq şansları nə qədərdir?

Bizim.Media bununla bağlı idman ekspertlərinin fikirlərini öyrənib.

“İdman Azərbaycan” televiziyasının şərhçisi Rəşad Rafiqoğlu bildirib ki, komandalarımız arasında ən çətin oyun “Hayduk”-“Zirə” görüşüdür:
 

“Çünki komandamız səfərdə oynayacaq. Üstəlik Bakıda komandalar bərabərliyə razılaşdı. Rəqibin Bakıda oyununu gördük. Səviyyəli komandadır. Təsəvvür edin ki, rəqibin cəmi bir hücumu oldu. O da qolla nəticələndi. Amma “Zirə” də ilk oyunda çox yaxşı təsir bağışladı.


Bununla belə komandamız səfər oyununa itkilərlə çıxacaq. İki oyunçu Zaqrebə aparılmayıb. Bununla belə komandamızın qələbəsinə ümid edirik. Rəşad Sadıqov mübariz komanda formalaşdırıb. Yəqin ki, bunun da nəticəsini görəcəyik.
 

Komandalarımız arasında ən şanslı “Sabah” görünür. Çünki birinci oyunda səfərdən uğurlu nəticə ilə dönüb. İşin demək olar ki, yarısını həll edib. İnanıram ki, Bakıda da komandamız rahat qələbə qazanacaq və mərhələ adlayacaq. O ki, qaldı “Araz-Naxçıvan” komandasına. Bu qarşılaşmada açıq favorit yoxdur. İmkanlar bərabərdir.


Baxmayaraq ki, doğma meydanda “Araz-Naxçıvan” uğurlu geri dönüş etdi. 0:1 məğlubiyyətdən 2:1-lik qələbə ilə oyunu yekunlaşdırdı. Amma nəzərə alaq ki, Yunanıstan komandaları ilə səfər oyunu komandalarımız üçün hər zaman çətin olub. Bununla belə Elmar Baxşıyevin çox yaxşı komandası var. komanda son günlər çox yaxşı transferlər həyata keçirib. Hesab edirəm ki, komanda əzmkarlıq göstərsə Yunanıstanda güclü rəqibini keçə bilər”.

“Zirə” üçün çətin oyun olacaq...

Sabiq baş məşqçi Arif Əsədov qeyd edib ki, 3 komandamızdan yalnız “Sabah” səfər qələbəsi sayəsində növbəti mərhələyə keçmək vəzifəsinin 70-80 faiz yerinə yetirib:

“İndi komandaya doğma meydanda daha diqqətli oynamaq və oyunun ilk 15-20 dəqiqəsində rəqibə şans verməmək vəzifəsi qalır. Səfərdə komandamız qələbə qazansa da, biz bərabər səviyyəli oyun izlədik. “Sabah” qapıçının səhvlərindən məharətlə istifadə etdi. Bugünkü oyunda komandamız əzmkarlıq göstərsə, növbəti mərhələyə adını yazdıracaq.
 

“Hayduk”- “Zirə” oyununda tərəflərin şansları bərabərdir. Rəqibin əsas üstünlüyü “doğma divar” amilidir. Amma “Zirə”nin səfərdə uğurlu çıxışlarını xatırladıqda bu bizə bir qədər inam verir. Hər halda çətin oyun olacaq. Rəqib güclü azarkeş dəstəyi alacaq. Düşünürəm ki, komandamız azarkeş təzyiqini atıb öz oyunun oynasa və ilk dəqiqələrdən üstünlüyü ələ alsa, hər şey istədiyimiz kimi olacaq.


“Aris”- “Araz-Naxçıvan” oyunu barədə danışarkən qeyd etməliyik ki, komandamız doğma meydanda inamlı qələbə qazandı və səfərə nisbi üstünlüklə gedir. Lakin rəqib güclüdür. Bununla belə yunanlar ilk oyunda “Araz-Naxçıvan”nın nə qədər ciddi və mübariz komanda olduğunu gördü. Bu da rəqibə əlavə basqıdır. “Araz-Naxçıvan” xarakterli komandadır. Ümid edirik ki, komandamız səfər oyununda da xarakter göstərərək uğurlu nəticə əldə edəcək”.

“Araz-Naxçıvan”la, “Zirə”ni çətin sınaq gözləyir...

Futbol eksperti Ceyhun Sultanov isə hər 3 komandanın növbəti mərhələyə çıxmaq şansı olduğunu söyləyib:
 

“Çünki ilk oyunlara baxanda göründü ki, komandalarda heyət baxımından irəliləyiş var. Amma ümumi götürəndə “Zirə” səfər oyununda iki futbolçusundan məhrum olunub. Ona görə də komanda bir qədər çətinlik çəkəcək. Bununla belə “Zirə” mobil komandadır. Düşünürəm ki, komandanın mərhələ keçmək şansı var.


“Sabah” onsuz da, həm heyət, həm də keyfiyyət baxımından “Petrokub”dan üstün komandadır. Hesab edirəm ki, “Sabah” bu turu keçəcək. “Araz-Naxçıvan” da evdə yaxşı oyun nümayiş etdirdi. Hətta rəqibə qarşı dominant futbol oynadı. Komandanın təcrübəli futbolçuları da var. Düşünürəm ki, təzyiq altında bu komanda istənilən rəqibə qarşı rahat futbol oynaya bilər.

Bununla belə “Araz-Naxçıvan”la, “Zirə”ni çətin qarşılaşma gözləyir. “Sabah” üçünsə şansın böyük olduğunu deyə bilərəm. Bununla belə bütün komandalarımıza uğurlar arzulayıram”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyəyə köçən xarici vətəndaşlar - Azərbaycanlılar siyahıda 2-cidir

Türkiyəyə köçən xarici vətəndaşlar - Azərbaycanlılar siyahıda 2-cidir

Məktəblilərin Respublika İdman Olimpiadasının üçüncü günündən yadda qalanlar – FOTO

Məktəblilərin Respublika İdman Olimpiadasının üçüncü günündən yadda qalanlar – FOTO

Bakı–Naxçıvan aviareysləri LƏĞV EDİLDİ - SƏBƏB

Bakı–Naxçıvan aviareysləri LƏĞV EDİLDİ - SƏBƏB

SON DƏQİQƏ! Xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ

SON DƏQİQƏ! Xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ

Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək

Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək

Tramp Netanyahunun üstünə qışqırdı: "Hər kəsi bezdirmisən, Bibi”

Tramp Netanyahunun üstünə qışqırdı: "Hər kəsi bezdirmisən, Bibi”

Məktəb direktoru olmaq istəyənlərin DİQQƏTİNƏ

Məktəb direktoru olmaq istəyənlərin DİQQƏTİNƏ

Anadan aliment tutulması hansı hallarda qanunidir?

Anadan aliment tutulması hansı hallarda qanunidir?

DÇ-2026: Anası öldü, komandanı tərk edib Fransaya qayıtdı

DÇ-2026: Anası öldü, komandanı tərk edib Fransaya qayıtdı

Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı – “Onun paltarına baxdıqda…” – FOTO

Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı – “Onun paltarına baxdıqda…” – FOTO

Ötən il Azərbaycanda ən çox pambıq əkilən rayonlar – SİYAHI

Ötən il Azərbaycanda ən çox pambıq əkilən rayonlar – SİYAHI

Tramp Ağ Evdə Rütte ilə gizli görüş KEÇİRƏCƏK

Tramp Ağ Evdə Rütte ilə gizli görüş KEÇİRƏCƏK

Hər gün yanından keçirik, təhlükəsindən xəbərimiz YOXDUR – Yayda xüsusilə RİSKLİDİR

Hər gün yanından keçirik, təhlükəsindən xəbərimiz YOXDUR – Yayda xüsusilə RİSKLİDİR

Masallıda 16 yaşlı qız qaçırıldı

Masallıda 16 yaşlı qız qaçırıldı

Fransada anomal istilər: 70 minə yaxın ev işıqsız qaldı

Fransada anomal istilər: 70 minə yaxın ev işıqsız qaldı

“İşıqları niyə yandırmısan?” demək boşanma səbəbi sayılacaq – Türkiyədə YENİ QAYDA

“İşıqları niyə yandırmısan?” demək boşanma səbəbi sayılacaq – Türkiyədə YENİ QAYDA

Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş belə xilas edildi – VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş belə xilas edildi – VİDEO

Dilqəm Əhmədliyə vəzifə verildi

Dilqəm Əhmədliyə vəzifə verildi

Pensiyaçılar bu yazını MÜTLƏQ OXUSUN

Pensiyaçılar bu yazını MÜTLƏQ OXUSUN

Pambıqçılıqla məşğul olanlara ŞAD XƏBƏR

Pambıqçılıqla məşğul olanlara ŞAD XƏBƏR

"Süni tıxac niyə yaradılır?" – VİDEO

"Süni tıxac niyə yaradılır?" – VİDEO

PFL klublara 3 milyona yaxın ödəniş etdi

PFL klublara 3 milyona yaxın ödəniş etdi

“Brilyant” adı ilə sintetik almazların satışı qadağan edildi

“Brilyant” adı ilə sintetik almazların satışı qadağan edildi

Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR

Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR

End of content

No more pages to load

RADİO