ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı onun üstünə qışqıraraq ağır təhqirlər yağdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə amerikalı jurnalistlər Meqqi Haberman və Conatan Suonun işıq üzü görən yeni kitabında məlumat yer alıb.
Kitabda qeyd olunur ki, sözügedən gərgin telefon danışığı ötən il Qəzzada müharibənin dayandırılması barədə sazişin rəsmən və açıq şəkildə elan edilməsindən bir neçə gün əvvəl baş tutub.
Müəlliflərin yazdıqlarına görə, ABŞ lideri regiondakı siyasi proseslərin uzanmasına və razılaşmanın gecikməsinə görə Netanyahuya qarşı sərt ifadələr işlədib: "Hər kəsi bezdirmisən, Bibi, bütün yəhudilər səndən yorulub".
Bizim.Media