Hər gün yanından keçirik, təhlükəsindən xəbərimiz YOXDUR – Yayda xüsusilə RİSKLİDİR

Yay aylarında isti havanın şəhərlərdə daha kəskin hiss olunması və yapışqanlılıq yaratması yaşıllaşdırma məsələsini yenidən müzakirə mövzusuna çevirib. Son illər bəzi park və ictimai məkanlarda təbii örtüyün yerini tutan süni otlar və ağaclar ilk baxışdan estetika kimi görünsə də, onların günəş şüalarını daha çox udaraq temperaturu artırdığı barədə iddialar var.

Bəs süni otlar və uyğun seçilməyən ağaclar həqiqətən də ətraf mühitin daha çox isinməsinə səbəb olur?

Azərbaycanda şəhərsalmada daha çox hansı ağac növlərinin əkilməsi məqsədəuyğun hesab olunur?

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyeva Bizim.Media-ya açıqlamasında qeyd edir ki, süni otun günəş şüalarını daha çox udması, istiliyi uzun müddət saxlaması səbəbindən ətrafa istilik yaymağa davam edir və havanın təbii soyumasını ləngidir:

“Yay aylarında təbii ot örtüyünün səth temperaturu adətən 25–35°C arasında olur. Süni otun səthi isə eyni şəraitdə 60–80°C-yə, bəzi hallarda daha yüksəyə qalxa bilir. Bu 30–40°C və ya daha çox fərq yalnız rahatlıq məsələsi deyil. Belə yüksək temperatur insanlarda istilik stressini artırır, enerji sərfiyyatını (kondisionerlər) yüksəldir və ümumi şəhər istiliyinə əlavə yük yaradır.

Bu səbəbdən parklar, məktəb həyətləri və istirahət zonalarında geniş süni ot tətbiqi məsləhət görülmür. Süni örtüklər yalnız idman meydançalarında və texniki zərurət hallarında istifadə edilməlidir”.

Ekoloq bildirir ki, ağacların soyuducu təsiri onların növündən, yarpaq sıxlığından, kölgə yaratma qabiliyyətindən və transpirasiya səviyyəsindən asılıdır. Geniş yarpaqlı və sıx taclı ağaclar daha çox kölgə yaradır, həmçinin daha effektiv sərinləşdirir.

İynəyarpaqlı və ya seyrək yarpaqlı növlərin effekti isə zəif olur:

“Bakı və Abşeron yarımadasının quraq iqlimi nəzərə alınaraq suya qənaət edən, quraqlığa davamlı və effektiv kölgə verən növlərə üstünlük verilməlidir. Tövsiyə etdiyimiz ən uyğun ağac növləri çinar, zeytun, tut, akasiya, yerli meyvə ağacları, eldar şamı və s. ağaclardır. Bu növlər yerli iqlimə yaxşı uyğunlaşır, az su tələb edir və uzunmüddətli perspektivdə dayanıqlıdır”.

A.Miriyeva vurğulayır ki, təkcə ağac əkməklə problem həll olunmur.

Onun sözlərinə görə, istiliyi azaltmaq üçün binaların dam və fasadlarını işığı əks etdirən açıq rəngli materiallarla və ya yaşıl bitkilərlə örtmək istilik yığılmasını əhəmiyyətli dərəcədə azaldır.

Fəvvarələr, süni göllər və ya dumanlandırma sistemləri lokal temperaturu aşağı salır və havanı rütubətləndirir.

“Bakını daha yaşayışlı etmək üçün estetik görünüşlə yanaşı, iqlim və ətraf mühit amillərini də ön plana çıxaran düşünülmüş siyasət vacibdir. Bu, həm vətəndaşların sağlamlığına, həm də enerji səmərəliliyinə müsbət təsir göstərəcək”- deyə əlavə edib.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

End of content

No more pages to load

RADİO