Dilqəm Əhmədliyə vəzifə verildi

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Dilqəm İlham oğlu Əhmədli Qarabağ Universitetinin Təbiət elmləri fakültəsinin proqram rəhbəri vəzifəsinə təyin olunub.

Bu barədə Bizim.Media-ya universitetdən məlumat verilib.

Bildirilib ki, Dilqəm Əhmədli orta məktəb illərində təbiət elmləri və kimya üzrə beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edib. O, 2012-ci ildə Beynəlxalq Yeniyetmələr Elm Olimpiadasında, 2014 və 2015-ci illərdə isə Beynəlxalq Kimya Olimpiadası və Mendeleyev Kimya Olimpiadasında iştirak edib.
 

Bakalavriat təhsilini Türkiyənin Bilkent Universitetində Kimya ixtisası üzrə alıb və həmin proqramı 3,5 il müddətində fərqlənmə diplomu ilə bitirib. Daha sonra Bilkent Universitetində Kimya ixtisası üzrə magistratura təhsilini davam etdirib. 2022–2026-cı illərdə doktorantura təhsilini Almaniyanın Max-Planck tədqiqat institutunda alıb.


Dilqəm Əhmədli 7 ildən çox elmi-tədqiqat təcrübəsinə malikdir və beynəlxalq nüfuzlu elmi jurnallarda dərc olunmuş çoxsaylı məqalələrin müəllifidir. Onun elmi işləri Journal of the American Chemical Society, Nature Catalysis, Journal of Organic Chemistry və digər beynəlxalq jurnallarda nəşr olunub. O, həmçinin Novartis Graduate Colloquium, Syngenta Collaborative Research Conference, Anatolian Conference on Organic Chemistry kimi beynəlxalq elmi tədbirlərdə çıxış edib.

Elmi fəaliyyəti ilə yanaşı, Dilqəm Əhmədli tədris sahəsində də təcrübəyə malikdir. O, Bilkent Universitetinin Kimya Departamentində ümumi kimya, üzvi kimya, analitik kimya və fiziki kimya fənlərinin tədrisi üzrə çalışıb, həmçinin TÜBİTAK tərəfindən təşkil edilən milli və beynəlxalq kimya olimpiadalarına hazırlıq düşərgələrində mühazirəçi və akademik bələdçi kimi fəaliyyət göstərib. Əsas tədqiqat istiqamətləri üzvi sintez, funksional materiallar, elektrokimya, həmçinin xərçəng xəstəliyinin diaqnostikası və müalicəsi üçün biokimyəvi metodların inkişafı ilə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

End of content

No more pages to load

RADİO