Anadan aliment tutulması hansı hallarda qanunidir?

Azərbaycanda aliment öhdəliyi əksər hallarda kişilərlə əlaqələndirilsə də, bəzi hallarda uşağın atanın himayəsində qalması səbəbindən aliment ödəyən tərəf qadın olur. Hüquqşünaslar bildirirlər ki, qanun qarşısında tərəflərin hüquq və vəzifələri bərabər olsa da, praktikada belə işlərlə bağlı müəyyən sosial və hüquqi çətinliklər ortaya çıxa bilir.

Bəs qadınların aliment ödədiyi hallarda icra prosesi necə həyata keçirilir və burada fərqli yanaşmalar müşahidə olunurmu?

Bizim.Media xəbər verir ki, bu barədə “demokrat.az”a açıqlama verən hüquqşünas Rəşad Əliyevin sözlərinə görə, Azərbaycan qanunvericiliyinə görə aliment öhdəliyi yalnız kişiyə aid məsuliyyət hesab edilmir:

“Uşaq hansı valideynin himayəsində qalırsa, digər tərəf onun saxlanılması üçün maddi iştirak etməyə borcludur. Bu baxımdan, uşağın atanın himayəsində qaldığı hallarda qadının aliment ödəməsi tam hüquqi və qanunidir. Ailə Məcəlləsi valideynlər arasında gender fərqi qoymur və əsas prinsip uşağın mənafeyinin qorunmasıdır. Lakin praktikada belə işlər zamanı müəyyən sosial və psixoloji çətinliklər ortaya çıxır.
 

Cəmiyyətdə uzun illər formalaşmış stereotiplərə görə aliment daha çox kişinin ödədiyi öhdəlik kimi qəbul olunur. Buna görə də qadının aliment ödəməsi ilə bağlı qərarlar bəzən emosional müzakirələrə səbəb olur. Bəzi hallarda qadın tərəf uşağın atada qalmasını müvəqqəti vəziyyət kimi qiymətləndirərək aliment öhdəliyini ciddi qəbul etmir. Bu isə icra prosesini uzada bilir.


Məhkəmə qərarı qüvvəyə mindikdən sonra alimentin ödənilməsi məcburi xarakter daşıyır. Aliment könüllü şəkildə ödənilmədikdə iş icra məmurlarına göndərilir. İcra orqanı şəxsin əməkhaqqına yönəlmə, bank hesablarına həbs qoyulması və əmlakın müəyyənləşdirilməsi kimi tədbirlər görə bilər. Qadın olması həmin şəxsi bu məsuliyyətdən azad etmir”.

O bildirib ki, təcrübədə bəzi fərqli yanaşmalar müşahidə edilir:

“Məsələn, bəzi icra məmurları qadın borclularla bağlı daha yumşaq davranmağa çalışırlar. Bunun səbəbi bəzən sosial vəziyyət, bəzən isə cəmiyyətin qadına qarşı həssas münasibəti olur. Eyni zamanda, kişilər aliment ödəmədikdə bu daha sərt ictimai qınaq və hüquqi nəzarətlə qarşılanır. Halbuki qanun qarşısında hər iki tərəfin məsuliyyəti bərabərdir.
 

Digər mühüm məsələ qadının rəsmi gəlirinin olmaması ilə bağlıdır. Azərbaycanda bəzi qadınlar qeyri-rəsmi işlədiyi və ya ümumiyyətlə əmək müqaviləsi olmadığı üçün alimentin tutulması praktik çətinlik yaradır. Belə hallarda icra orqanları şəxsin əmlak vəziyyətini və digər gəlir mənbələrini araşdırmalı olur.


Əgər alimentdən yayınma qəsdən edilirsə, bu artıq hüquqi məsuliyyət yarada bilər. Məhkəmələr son illərdə bu məsələlərdə daha balanslı yanaşma sərgiləməyə başlayıb. Əgər uşaq faktiki olaraq atanın himayəsindədirsə və bütün xərclər onun üzərindədirsə, alimentin anadan tutulması tam legitim sayılır. Bu yanaşma həm valideyn məsuliyyətinin bərabər bölüşdürülməsinə, həm də uşağın sosial təminatının qorunmasına xidmət edir”.

Beləliklə, cəmiyyətdə formalaşmış köhnə stereotiplərə və icra prosesində yaşanan bəzi spesifik çətinliklərə baxmayaraq, qanunvericilik uşağın maddi təminatı məsələsində hər iki valideynə bərabər məsuliyyət yükləyir və anaların da aliment öhdəliyini eyni dərəcədə icra etməsini tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

End of content

No more pages to load

RADİO