Avropa da Paşinyandan ÜZ ÇEVİRDİ – Yalnızlaşan Nikolun bir çıxış yolu QALIR...

Avropa İttifaqı rəhbərliyi Ermənistanın baş naziri Nikol Paşinyana qarşı olan səbrli mövqeyini dəyişmək üzrədir.

Məlumatlara görə, Avropa Komissiyasında artıq Paşinyana alternativ lider axtarışları gedir. Belə ki, Brüssel Paşinyanla işləmək istəmir və Avropayönlü müxalifət daxilində daha münasib namizəd axtarır.

Avropa Komissiyası kuluarlarında artıq Paşinyanı əvəzləyəcək şəxsin konkret adı da çəkilir - Tiqran Xzmalyan. Onun rəhbərlik etdiyi partiya ardıcıl proqərb mövqeyi ilə seçilir. Deyilənə görə, Avropa fondları və diplomatik dairələrlə sıx əlaqələrə malikdir. Göründüyü kimi Baydenin gedişindən sonra Paşinyan Qərbdəki əsas dayağı olan Avropa İttifaqını da itirmək üzrədir. Artıq onun yerinə yeni namizəd məsələsini də gündəmə gətirirlər.

Paşinyanı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Paşinyanın həm Rusiyadan, həm də Qərbdən dəstəyi itirdiyi bir dövrdə Ermənistanın siyasi gələcəyi son dərəcə qeyri-müəyyəndir:

“Paşinyanın siyasi manevr imkanları xeyli məhdudlaşacaq. Onun müstəqil siyasət aparmaq üçün nə iqtisadi, nə də siyasi resursları yetərlidir. ABŞ-da Bayden administrasiyasının dəyişməsi ilə yanaşı Avropa İttifaqında (Aİ) da Paşinyanın dəstəyi zəifləyir. Paşinyan artıq nə Moskva, nə də Brüsseldə arzu olunan siyasi fiqurdur.

Aİ kulisində yeni lider axtarışı başladılıb və Tiqran Xzmalyanın adı gündəmə gəlir. Proqərb mövqeyi, diplomatik dairələrlə əlaqələri və Avropa fondları ilə yaxınlığı onu yeni mərhələdə mühüm aktora çevirir. Xzmalyan kimi fiqurlar Qərbin təhlükəsizlik və liberal "dəyərlər" paketini Azərbaycana qarşı deyil, Kremlə qarşı daşıya bilər”.

Ekspertin fikrincə, hazırkı situasiyada Paşinyanı bir neçə ssenari gözləyir:

“Siyasi təsirini və legitimliyini kəskin itirə bilər. Son rəy sorğusuna görə, əhalinin cəmi 13 faizi onu dəstəkləyir.

Digər tərəfdən, Ermənistan daxilində Qərbyönlü yeni nəsil siyasi qüvvələrin önə çıxması sürətlənəcək. Xzmalyan törədə biləcəyi ictimai təsirlər və Avropa fondları ilə əlaqələri hesabına vacib rol oynaya bilər. Nəticədə Avropa İttifaqı ilə tərəfdaşlıq üzrə yeni gündəm artıq paşinyansız formalaşa bilər. Ermənistanın Qərbdən və Rusiyadan tamamilə təcrid olunması öz növbəsində iqtisadi və siyasi təzyiqlərin artmasına səbəb olacaq”.

Politoloq düşünür ki, qarşıda Paşinyanı ciddi ictimai narazılıq, kütləvi küçə etirazları və növbədənkənar seçkilərə çağırışlar gözləyəcək:

“Qərbyönlü strateji boşluq, daxili siyasi depressiya və regiondakı yeni balans Paşinyanı tədricən passiv aktora çevirəcək. Qərbin oyun qaydalarına və yeni siyasi nəfəsə uyğunlaşmayan Paşinyan siyasi səhnədən tədricən sıxışdırılacaq. Ermənistan tarixində yeni, tam Qərbyönlü dövrün başlanğıcı məhz bundan sonra formalaşa bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq

Zaur Rzayevin vəziyyəti ağırdır

Zaur Rzayevin vəziyyəti ağırdır

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi - FOTO

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi - FOTO

Azərbaycana qarşı kampaniya, İrandakı türklərə susqunluq – “Tractor”dan SƏRT MESAJ

Azərbaycana qarşı kampaniya, İrandakı türklərə susqunluq – “Tractor”dan SƏRT MESAJ

"Crocus City Hall"da terror aktı törədənlər barəsində yeni detallar – VİDEO

"Crocus City Hall"da terror aktı törədənlər barəsində yeni detallar – VİDEO

Qazaxıstan Prezidenti Azərbaycana gəldi – FOTO

Qazaxıstan Prezidenti Azərbaycana gəldi – FOTO

Ənvər Qafarlı vəfat etdi

Ənvər Qafarlı vəfat etdi

Lavrov Bakıya GƏLDİ

Lavrov Bakıya GƏLDİ

Gəncədə 26 yaşlı kişi küçədə bıçaqlandı

Gəncədə 26 yaşlı kişi küçədə bıçaqlandı

Yekaterinburqda Şahin Şıxlinskinin rəhbərlik etdiyi təşkilat ləğv edildi

Yekaterinburqda Şahin Şıxlinskinin rəhbərlik etdiyi təşkilat ləğv edildi

"Mançester Siti" - PSJ oyunu hansı kanalda yayımlanacaq?

"Mançester Siti" - PSJ oyunu hansı kanalda yayımlanacaq?

İnterpolun axtardığı "Balina" İstanbulda tutuldu: Evindən böyük sərvət çıxdı – FOTO

İnterpolun axtardığı "Balina" İstanbulda tutuldu: Evindən böyük sərvət çıxdı – FOTO

İslam təəssübkeşliyi aparırlarsa, Türkiyəni İslam dövləti elan etsinlər – TƏHLİL

İslam təəssübkeşliyi aparırlarsa, Türkiyəni İslam dövləti elan etsinlər – TƏHLİL

Rusiyadan gətirilmiş qida məhsulları məhv edildi– FOTO

Rusiyadan gətirilmiş qida məhsulları məhv edildi– FOTO

Ermənistan Rusiya ilə razılığa GƏLDİ

Ermənistan Rusiya ilə razılığa GƏLDİ

Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"

Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"

İsrail Prezidenti Azərbaycana gəldi – FOTO

İsrail Prezidenti Azərbaycana gəldi – FOTO

Bakıda yəhudi mənşəli şagirdlər də məktəbə vahid geyim formasında gəlirlər – VİDEO

Bakıda yəhudi mənşəli şagirdlər də məktəbə vahid geyim formasında gəlirlər – VİDEO

Tramp pələnglə "döyüşdü" - VİDEO

Tramp pələnglə "döyüşdü" - VİDEO

Derimod-un “Vision 2030” yolunda yeni mərhələ: Bakı

Derimod-un “Vision 2030” yolunda yeni mərhələ: Bakı

Jurnalistlər kiberdələduzların HƏDƏFİNDƏ - FOTO

Jurnalistlər kiberdələduzların HƏDƏFİNDƏ - FOTO

Nəsrin Cavadzadədən hicab müzakirələrində Azərbaycana DƏSTƏK – FOTO

Nəsrin Cavadzadədən hicab müzakirələrində Azərbaycana DƏSTƏK – FOTO

Nərimanovda 2 otaqlı studiyadan başlayaraq yeni mənzillər satışda – SATIŞ ŞƏRTLƏRİ YENİLƏNDİ!

Nərimanovda 2 otaqlı studiyadan başlayaraq yeni mənzillər satışda – SATIŞ ŞƏRTLƏRİ YENİLƏNDİ!

Azərbaycanın ilk Prezident təqaüdçüləri – İndi nə işlə məşğuldurlar?

Azərbaycanın ilk Prezident təqaüdçüləri – İndi nə işlə məşğuldurlar?

End of content

No more pages to load

RADİO