Klinika direktoru arvadını buna görə güllələyib - TƏFƏRRÜAT

Bakıda klinika rəhbərinin arvadını güllələməsinin təfərrüatı məlum olub.

Bizim.Media teleqraf-a istinadən xəbər verir ki, hadisə “Yüksəliş” MTK-nın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsi 133/135 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın qarajında baş verib.

Burada Vasif Kərimovla arvadı Fərqanə Kərimova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisəyə səbəb isə V.Kərimovun başqa qadınla qeyri-rəsmi nikah münasibətləri saxlaması olub. F.Kərimova bundan xəbər tutub, əri ilə münasibəti olan qadını axtarıb tapıb və yaşadığı ünvana gedərək irad bildirib, ərindən əl çəkməsini tələb edib.

Vasif Kərimov arvadının bu hərəkətlərindən narazı qalıb. O, həyat yoldaşını binanın qarajında gözləyib və qarşılayıb. Onlar qadının idarə etdiyi "Toyota Prado" markalı avtomobilə əyləşiblər.

Burada cütlük arasında dava düşüb.

V.Kərimov arvadına iki bıçaq zərbəsi vurub. Yaralı qadın xilas olmaq üçün avtomobildən düşərək qaçmaq istəyib. V.Kərimov özünə məxsus “Lənd Rover” markalı avtomobildən silahı götürüb, arvadının ardınca gedib və atəş açıb. Güllə Fərqanə Kərimovanın qarın boşluğuna dəyib.

Yaralı qadın Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib və cərrahi əməliyyatı olunub.

Cütlüyün 3 övladı var. F.Kərimova işləmir. Onlar 7-8 ildir həmin ünvanda yaşayırlar.

Qeyd edək ki, Vasif Kərimov Referans Medı-Art Hospital MMC-nin (Mərdəkan filialı) direktorudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qurban Qurbanov: “Neftçi“ ilə oyunlar həmişə maraqlı və baxımlı keçir

Qurban Qurbanov: “Neftçi“ ilə oyunlar həmişə maraqlı və baxımlı keçir

Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurdular

Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurdular

Azərbaycan Basketbol Liqası: Finalda “Sabah” və “Abşeron Lions” qarşılaşacaq

Azərbaycan Basketbol Liqası: Finalda “Sabah” və “Abşeron Lions” qarşılaşacaq

Millimizin üzvü Qazaxıstan klubu ilə anlaşdı

Millimizin üzvü Qazaxıstan klubu ilə anlaşdı

İngiltərə Kuboku: “Mançester Siti”nin finaldakı rəqibi “Çelsi” oldu

İngiltərə Kuboku: “Mançester Siti”nin finaldakı rəqibi “Çelsi” oldu

Yevlaxda qonşu qonşunu bıçaqladı - ÖZƏL

Yevlaxda qonşu qonşunu bıçaqladı - ÖZƏL

Ağızda əriyən yumşaq ət qovurmasının sirri — Sadə üsullar açıqlanıb

Ağızda əriyən yumşaq ət qovurmasının sirri — Sadə üsullar açıqlanıb

Mahmud Abbas tərəfdarları Fələstin muxtariyyətində yerli seçkilərdə qalib gəldilər

Mahmud Abbas tərəfdarları Fələstin muxtariyyətində yerli seçkilərdə qalib gəldilər

“Neftçi”nin məşqçisi: “Bu hesabla bağlı azarkeşlərdən üzr istəyirəm”

“Neftçi”nin məşqçisi: “Bu hesabla bağlı azarkeşlərdən üzr istəyirəm”

Tramp İrana yenidən xəbərdarlıq etdi: “Təxminən üç günləri qalıb”

Tramp İrana yenidən xəbərdarlıq etdi: “Təxminən üç günləri qalıb”

İranda ölənlərin 45 faizi mülki şəxslərdir

İranda ölənlərin 45 faizi mülki şəxslərdir

İtaliyada Ukrayna bayrağına görə dava düşdü - VİDEO

İtaliyada Ukrayna bayrağına görə dava düşdü - VİDEO

“Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəldi - VİDEO

“Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəldi - VİDEO

39 yaşlı Şəki sakinini “tok” vurdu

39 yaşlı Şəki sakinini “tok” vurdu

Ərdoğan Trampa zəng etdi - Yaralanan təhlükəsizlik əməkdaşına şəfa arzuladı

Ərdoğan Trampa zəng etdi - Yaralanan təhlükəsizlik əməkdaşına şəfa arzuladı

Dünyanın ən gözəl xanımlarına sahib ölkələr - SİYAHI

Dünyanın ən gözəl xanımlarına sahib ölkələr - SİYAHI

Bakıda məktəbli qəfil vəfat edib

Bakıda məktəbli qəfil vəfat edib

Bakıda 9-cu siniflərin buraxılış imtahanında İNSİDENT

Bakıda 9-cu siniflərin buraxılış imtahanında İNSİDENT

Goranboyda yeniyetməni “tok” vuraraq öldürdü

Goranboyda yeniyetməni “tok” vuraraq öldürdü

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iki mükafata layiq görüldü - FOTO

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iki mükafata layiq görüldü - FOTO

Formada qalmasının əsas səbəblərindən biri bu qidadan uzaq durması imiş - Aşbazı açıqladı

Formada qalmasının əsas səbəblərindən biri bu qidadan uzaq durması imiş - Aşbazı açıqladı

Maaş artımları ilə bağlı mühüm açıqlama

Maaş artımları ilə bağlı mühüm açıqlama

55 yaşdan yuxarı olan şəxslərin NƏZƏRİNƏ

55 yaşdan yuxarı olan şəxslərin NƏZƏRİNƏ

Tokioda məmurlara işə şortda gəlməyə icazə verildi

Tokioda məmurlara işə şortda gəlməyə icazə verildi

End of content

No more pages to load

RADİO