Slavyan Universitetinin rektoru niyə vuruldu? – ŞOK FAKTLAR

İyunun 22-də Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva tutduğu vəzifəsindən azad edilib. Nurlana Əliyeva düz 5 il əvvəl, iyunun 23-də isə həmin vəzifəyə təyinat almışdı. Bu gün həmin təyinatın beş yaşı bitir. 

Bəs beş ildə xanım rektor Slavyan Universitetində nə işlər görüb? 

Üç ilə yaxındır ki, yerli mətbuatda "Nurlana Əliyeva BSU-nu rüşvət yuvasına çevirdi" başlıqlı bir çox yazılar dərc olunurdu. Bundan əlavə isə xanım Əliyevanın Bakı Slavyan Universitetilə rektor təyin olunduqdan sonra  tələbə-valideyn şikayətləri də çoxluq təşkil edib. Bütün imtahan sesiyaları konkret “stavka”lara otuzdurulub. Müəllim və dekanlar “planı” icra etməyəndə ya danlanılıb, ya da vəzifəsindən uzaqlaşdırılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad olundu


İddiaya görə o hələ Mirzə Ələkbər Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbəri olduğu müddətdə təhsil ocağını “rüşvət bazasına” çevirib. İddiaya görə, kollecdə imtahan sessiyası bir tələbəyə 300-400 manata başa gəlib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Nurlana Əliyevanı vəzifə pillələri ilə yüksəlməsində Baş nazirin müavini Əli Əhmədovun da xidmətləri olub. BSU rektorunun YAP Qadınlar Şurasına başçılıq etməsi də Əli Əhmədovun təklifi ilə baş tutub. 

N. Əliyeva keçmiş deputat Hadi Rəcəbli ilə də qudadır. H.Rəcəblinin qızı Əliyevanın gəlinidir. Yəni, kifayət qədər siyasi elita ilə bağlantıları mövcud idi.

Universitetdən bildirilən məlumata görə, o, rektor olan müddətdə hər səhər işə gələndə mütləq şəkildə xüsusi qarşılanma ritualı var imiş. Belə ki, o, xidməti avtomobilindən enən kimi universitetin həyətində mütləq 5-6 nəfər keçmiş rektorun qarşısına çıxmalı idi. Əks halda bu onun əməkdaşları üçün yaxşı nəticələnməzdi. 
 

Burada xüsusi qarşılanmağı sevən, ölkədə keçmiş nazir olan bir şəxsi xatırlamaq yerinə düşərdi. Bir zaman o da sarayları xatırladan imarətinə gəldikdə evdə çalışan 25 nəfər xidmətçi mütləq darvazanın qarşısında sıraya düzülüb onu qarşılamalı idi. Yoxsa bu xidmətçilərə qovulmaq təhlükəsi ilə üz-üzə qoyurdu. Bu eks nazirlə keçmiş rektorun taleləri bənzəsə, gərək qolları qandallana.


Kasanı dolduran son damla

Bir müddət bundan əvvəl isə universitetin adı daha bir rüşvət halında hallanmağa başlayıb.  Belə ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın qanunsuz əməlləri ilə bağlı daxil olmuş çoxsaylı şikayətlər əsasında aparılmış araşdırmalar nəticəsində cinayət işinin başladılması haqqında məlumatlar yayılıb.

Lakin ən maraqlısı isə D.Əliyevanın ölkəni tərk etdiyi bildirilir, yəni haqqında cinayət işi açılan xanım çoxdan Azərbaycandan kənarda xımır-xımır mənimsədiyi pulları yeməklə məşğul imiş.

Başqa bir versiyaya görə isə BSU-nun rektoru xanımı susdurmaq üçün onu özü buradan uzaqlaşdırıb. İddialara görə, Dürdanə Əliyeva Nurlana xanımın ən çirkli mətbəxinin bütün detalları haqqında yetəri bilgiyə malikdir. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən yaxşı babalar bu 4 TARİXDƏ doğulur

Ən yaxşı babalar bu 4 TARİXDƏ doğulur

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Daşkəsəndə yumurta boyda dolu yağdı - VİDEO

Daşkəsəndə yumurta boyda dolu yağdı - VİDEO

Kanada - Bosniya və Herseqovina oyununda hesab bərabərləşdi

Kanada - Bosniya və Herseqovina oyununda hesab bərabərləşdi

33 il sonra Kəlbəcərin ilk məzunu - FOTO

33 il sonra Kəlbəcərin ilk məzunu - FOTO

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs HƏBS OLUNDU

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs HƏBS OLUNDU

Zeynəb Xanlarova: Şəklə baxıb ərə getdim, görüşmədim - VİDEO

Zeynəb Xanlarova: Şəklə baxıb ərə getdim, görüşmədim - VİDEO

Zəlzələdən təşvişə düşən sakinlər DANIŞDILAR - VİDEO

Zəlzələdən təşvişə düşən sakinlər DANIŞDILAR - VİDEO

DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə YEKUNLAŞDI

DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə YEKUNLAŞDI

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı keçirildi - FOTO/VİDEO

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı keçirildi - FOTO/VİDEO

Kadırov pişiyindən DANIŞDI: “Qorxuram ona da sanksiya tətbiq edələr”

Kadırov pişiyindən DANIŞDI: “Qorxuram ona da sanksiya tətbiq edələr”

Texasda kütləvi atışma: ölən və yaralılar var

Texasda kütləvi atışma: ölən və yaralılar var

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

Roma Papasının təyyarəsi xarab oldu – İspaniya Kralı öz laynerini verdi

Roma Papasının təyyarəsi xarab oldu – İspaniya Kralı öz laynerini verdi

Zelenski rus dili ilə bağlı qanun İMZALADI

Zelenski rus dili ilə bağlı qanun İMZALADI

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

Aparıcı Çinarə ana oldu - VİDEO

Aparıcı Çinarə ana oldu - VİDEO

Bakı və Bratislava arasında çoxşaxəli strateji tərəfdaşlıq genişlənir — Rəsmi görüşdən detallar

Bakı və Bratislava arasında çoxşaxəli strateji tərəfdaşlıq genişlənir — Rəsmi görüşdən detallar

Bu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR

Bu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR

"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?"

"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?"

MEDİA-dan Fransanın qarayaxma kampaniyasına sərt BƏYANAT - FOTO

MEDİA-dan Fransanın qarayaxma kampaniyasına sərt BƏYANAT - FOTO

Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıya bilər

Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıya bilər

End of content

No more pages to load

RADİO