13 gündür oğlu kanalda boğulan ata fəryad ETDİ – “Nəşini tapmaq üçün bir günlük kanalı qurudun!” - FOTO

"Mən Nihatın atasıyam. Hadisə iyunun 25-də Baş Mil kanalının Füzuli rayonunun Kərimbəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Axtarışlara baxmayaraq bu günə qədər hələ də uşaqdan xəbər yoxdur".

Bu sözləri Bizim.Media-ya açıqlamasında 44 günlük Vətən müharibəsi iştirakçısı, oğlu 13 gündür kanalda boğulan Nihat Nağızadənin atası Vüqar Nağıyev deyib.

Oğlu 16 yaşlı Nihat Nağızadə 13 gün əvvəl Baş Mil su kanalında boğulub. FHN əməkdaşları ilə birgə kənd sakinləri də axtarış işlərinə könüllü qatılıb. Lakin suyun Böyük Bəhmənli kəndi ərazisində 220 metr uzunluğunda tuneldən keçməsi hər kəsi çarəsiz qoyub. Vüqar Nağıyev deyir ki, oğlunun nəşinin tapılması üçün tək çarə kanalın qurudulmasıdır:

"Yəni bizim bir nəticə əldə edə bilməməyimizin səbəbi məhz bu suyun sürətli axını və dərin olmasıdır. Füzulidə 3 yeraltı tunel var ki, məhz onlardan da birincisi bu tuneldir. Meyidin burada ilişib qalmasına şübhə uşağın ayaqqabısının bir taynın bu tuneldən çıxmasıdır. Ayın 7-dən bu günə qədər 24 saat fasiləsiz bura nəzarət edilir ki, bəlkə iz tapıla...”

44 günlük Vətən müharibəsində ön xəttə tibb personalı kimi iştirak etmiş Vüqar Nağıyev fəryad edərək aidiyyəti qurumlardan oğlunun tapılması istiqamətində zəruri tədbirlərin görülməsi üçün kömək istəyib:

"İstəyimiz aidiyyəti qurumlardan bu suyun dayandırılmasıdır. Biz "112" xidmətinə təkrar-təkrar müraciət etdik. Onların xüsusi qruplu dalğıcları suyu bu hissədən pompalayıb çıxaracaq matorları ilə gəliblər, lakin bu gün qarşımızda dayanan ən böyük problem bu tuneldən suyun çəkilməməsidir. Bu su birmənalı olaraq qurudulmalıdır. Suyun da qurudulmamasına səbəb kimi bu kanalın bir neçə rayona ötürülməsi göstərilir. Burda insan faktorundan söhbət gedir, yəni biz aylarla suyun qurudulmasını istəmirik. İstəyirik ki, sadəcə bir və ya maksimum iki sutka qurudulsun. Dalğıclar o tunelə girə bilsin, çünki orada təzyiq 40 kubmetrə çatır. Suyun dərinliyi 3 metrdən artıqdı, o təzyiqlə ora dalğıc girə bilmir. Bir sözlə aidiyyəti qurumlardan kömək istəyirik".

Qeyd edək ki, sözügedən ərazidə - tunelin çıxış hissəsində sadəcə vizual axtarışlar davam edir.

Sakinlərin ehtimalına görə, meyid tunelin içərisində olan armatur çıxıntılara ilişə bilər.








Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

End of content

No more pages to load

RADİO