Azərbaycana gələn turistləri narazı salan KİMLƏRDİR? – ARAŞDIRMA

Bu ilin yanvar-may aylarında Azərbaycana turizm məqsədilə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 598 332 nəfəri ölkədə onlara göstərilən xidmətlərdən razı qalıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % çoxdur.

Ən çox hansı turistlər narazıdır?

Ən çox məmnunluq göstərən turistlər Rusiyadan gələnlər olub - 161 162 nəfər. Amma bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 % azdır.

Azərbaycana səfərindən məmnun qalan hindistanlı turistlərin sayı 85 457 nəfər olub ki, bu da 1 il əvvələ nisbətən 9,2 % artım deməkdir. Türkiyədən gələn və xidmətlərdən razı qalan turistlərin sayı isə 71 004 nəfər təşkil edib ki, bu da illik müqayisədə 33,8 % çoxdur.

Bununla yanaşı, 71 864 nəfər turist xidmətlərdən narazı qaldığını bildirib. Bu da ötən ilin eyni dövrünə nisbətən 8,4 % azdır.

Narazı turistlərin ölkələr üzrə bölgüsünə baxdıqda, ilk sırada yenə də Rusiya yer alıb - 18 974 nəfər. Lakin bu göstərici də illik müqayisədə 28,7 % azalıb.

Narazı turistlər arasında Hindistandan olanların sayı 5,2 % azalaraq 10 565 nəfər, Türkiyədən olanların sayı 19,5 % artaraq 9 247 nəfər olub.

Onları narahat edən nədir?

Azərbaycana gələn turistlər ən çox avtobusla sərnişindaşıma xidmətindən narazı qalıb. Bu xidmətlə bağlı 15 830 turist narazılığını qeyd edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 % azdır.

Metro ilə sərnişindaşıma xidmətindən narazı qalanların sayı isə 5 157 nəfər olub. Bu, 1 il əvvələ nisbətən 5,6 % artım deməkdir.

Yerləşmə xidmətlərindən narazı qalanların sayı isə 6 699 nəfər təşkil edib ki, bu da illik müqayisədə 4,5 % azdır.

İctimai iaşə (qida) xidmətləri ilə bağlı narazılığını isə 12 606 nəfər bildirib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 11,9 % azalma deməkdir.

Ən böyük artım turagent və turoperatorların xidmətləri ilə bağlı narazılıqda qeydə alınıb. Bu sahədən şikayət edənlərin sayı 11,2 % artaraq 3 334 nəfərə çatıb.

Bələdçi xidmətlərindən narazı qalan turistlərin sayı isə 16 % azalaraq 7 371 nəfər olub.

Problemin əsas səbəbləri

Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, sorğunu keçirən təşkilat qeyd edilmədiyindən bəzi məqamlar sual doğurur:

“Sonuncu dəfə belə bir sorğunu Dövlət Turizm Agentliyi keçirmişdi. Bu sorğuda əcnəbilərin ən çox narazı qaldıqları turagent və turoperatorların xidmətləridir. Sorğunun bütün detallarına bələd olmadığım üçün ehtimallarımı deyə bilərəm ki, turistlər turagent və turoperatorların xidmətlərindən ona görə narazı qalıblar ki, bəzi turizm şirkətləri daha ucuz qiymətlərlə müştəri cəlb etməyə çalışırlar. Məlumdur ki, ölkəyə gələn turistlər əsasən turist şirkətlərinin yardımı ilə gəlir. Peşəkar və köklü turizm şirkətləri ilə gələn turistlər adətən narazı qalmırlar.
 

Amma bəzən əcnəbilər ölkəmizə gələrkən onlayn platformalardan, sosial şəbəkələrdən hansısa turlar əldə edirlər. Bu turlar daha çox müştəri cəlb etmək üçün çox ucuz, cəlbedici qiymətlər təklif edirlər, müxtəlif vədlər verirlər. Təbii ki, belə turları seçən turistlər son nəticədə yanıldıqlarını dərk edirlər. Çünki ucuz turlarda heç də tərif edilən bütün xidmətlər olmur. Beləcə turagent və turoperatorların xidmətlərindən narazılıqlar yaranır”.


Müsahibimiz deyir ki, sosial şəbəkələrin yaratdığı imkanlardan istifadə edən bəzi turizm “şirkətləri” var:

“Onların nə ofisləri, nə də ki, texniki xidmət imkanları yoxdur.Belə “şirkətlər” təbii ki, yüksək xidmət göstərə bilməz. Ona görə də belə “şirkətlər” ancaq narazılıq yaradırlar”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

End of content

No more pages to load

RADİO