Xaricdən avtomobil gətirmək adı ilə insanları aldadırlar

“Xaricdən avtomobil gətirmək adı ilə insanları aldadırlar. Yetərincə belə hallar mövcuddur. Bu məsələ zaman-zaman mətbuatda da işıqlandırılır. Avtomobil alqı-satqısı işində təmiz, vicdanla işləyənlər az saydadır, amma bu o demək deyil ki, biz düzgün adamdan maşın aldıq və problemimiz bitdi. Əsas problemimiz bundan sonra başlayır, çünki aldığımız avtomobilin ehtiyat hissələrini tapa bilmirik. Çində avtomobillərin geri çağırılma prosesi olsa belə, bizim avtomobilimizi heç kim geri çağırmayacaq. Nəzərə alaq ki, avtomobildə nasazlıqlar, istehsal qüsurları olanda zavod özü rəsmi nümayəndəliklər vasitəsilə hansı ölkəyə avtomobil göndəribsə, onlara məlumat verir. Ya yerli rəsmi nümayəndə həmin qüsuru aradan qaldırır, ya da avtomobili zavoda geri qaytarır və müştərini yeni avtomobillə təmin edir.

Bu sahədə vicdanla işləyənlərin gətirdikləri avtomobillərdə də sonradan hansısa zavod qüsuru, nəsə problem çıxsa, bundan heç kimin xəbəri olmayacaq, çünki onlar da avtomobili Çində üçüncü-dördüncü şəxsdən alırlar.

Avtomobil üçüncü-dördüncü şəxsə gəlib çıxana qədər onun qüsurunu birinci şəxsə deyəcəklər. Birinci şəxsin isə vecinə deyil ki, özündən sonra avtomobil beşinci şəxsə satılıb, həmin adam da azərbaycanlı çıxıb...”.

Bizim.Media xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev deyib.

O tövsiyə edib ki, yaxşı olar, vətəndaşlar avtomobili imkan daxilində rəsmi istehsalçıdan alsınlar:

“Gözümüzün önünə gələcəkdə ehtiyat hissələrini tapmamağı, zavod qüsurundan xəbərimizin olmayacağını, belə bir risklə həmin avtomobili idarə edəcəyimizi, ailəmizin bu avtomobilə minəcəyini, cəmiyyət içində yola çıxdıqda təhlükə saçacağını gətirmək lazımdır. Ən vacib məsələlərdən biri budur.

Üç-dörd min manat irəli düşürük deyə avtomobil alırıq, sonra həmin üç-dörd min manat üçün özümüzü də, ailəmizi də, cəmiyyəti də təhlükəyə atırıqsa, bütün bunları düşünməliyik. İnsanlar bu barədə maarifləndirilməlidir. Sağlamlığımız istənilən pul vahidindən qat-qat öndədir.

Vətəndaşlarımız avtomobil alarkən bunlara diqqət yetirsinlər. Başa düşürük, bir çoxları taksi fəaliyyəti, yaxud gündəlik istifadə üçün avtomobili xaricdən ucuz almağa çalışır. Təkrar edirəm, problemlər aşkarlandıqda bu, ailəmizə, cəmiyyətimizə böyük faciələr gətirə bilər. Buna görə avtomobili rəsmi idxalçıdan alaq və sabah döyməyə bir qapı tanıyaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

End of content

No more pages to load

RADİO