DYP-dən moped sürücülərinə MÜRACİƏT – FOTO

Baş DYP İdarəsi moped, motosiklet və velosiped istifadəçilərinin artması ilə əlaqədar müraciət yayıb.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

“Son illərdə ölkəmizdə çatdırılma xidmətlərinə tələbatın artması ilə əlaqədar olaraq, küçə və prospektlərdə moped, motosiklet, velosiped, eləcə də skuter və digər kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edən sürücülərin sayı da əhəmiyyətli dərəcədə artıb.

Lakin təəssüf ki, bu nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşanlar da az deyil. Nəticədə isə həm sürücülərin özləri, həm də digər yol hərəkət iştirakçıları ciddi təhlükə ilə üzləşir.

Baş Dövlət Yol Polisi İdarəsi olaraq bu növ nəqliyyat vasitələrinin sürücülərinə aşağıdakı vacib məsələləri xatırladırıq:

- Moped, motosiklet, velosiped, eləcə də skuter və digər kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti iştirakçısı olduqlarını yaddan çıxarmamalı, digər avtonəqliyyat vasitələrinin sürücüləri kimi bütün qaydalara qeyd-şərtsiz əməl etməlidirlər. İşıqforun qadağanedici işığında hərəkət etmək, yolun əks istiqamətinə çıxmaq, piyadalara təhlükə yaratmaq yolverilməzdir;

- Motoşlem, dizlik, dirsəklik kimi qoruyucu vasitələrdən istifadə edilməlidir. Gecə saatlarında və məhdudiyyətli görünmə şəraitində üzərində işıqqaytarıcı elementlər olan geyimlərdən istifadə olunması tövsiyə edilir;

- Sürət həddinə əməl edilməli və manevr qaydalarına riayət olunmalıdır. Unutmayın ki, hər hansı sifarişi tez çatdırmaq üçün riskli manevrlər etmək, sürət həddini aşmaq sizin və digərlərinin həyatı üçün ciddi təhlükədir;

- Mobil telefon və ya digər bu tipli vasitələrdən istifadə hərəkət zamanı diqqəti yayındıran əsas səbəblərindəndir. Sürücü nəqliyyat vasitəsini idarə edərkən yalnız yola diqqət yetirilməlidir;

- Kuryer xidmətləri təşkil edən bütün hüquqi və fiziki şəxslər əməkdaşlığa cəlb etdikləri sürücüləri yol hərəkəti qaydaları ilə bağlı mütəmadi maarifləndirilməli, onların yalnız etibarlı və texniki cəhətdən saz nəqliyyat vasitələri ilə fəaliyyət göstərmələrini təmin edilməlidirlər;

- Təhlükəsizlik standartlarına cavab verən qoruyucu vasitələrlə təminat vacib şərtlərdən biri olmalı və kuryerlərə münasibətdə sürətli çatdırılma deyil, təhlükəsiz hərəkət prinsipi əsas tutulmalıdır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

End of content

No more pages to load

RADİO