Dondurmalarla bağlı AQTA-dan XƏBƏRDARLIQ

Yay fəslində ən çox qəbul edilən qidalardan biri də dondurmadır. Lakin dondurmaların bəzisi keyfiyyətli məhsullardan hazırlanmır, ya da saxlanma şəraitinə görə orqanizmdə bir sıra fəsadlar yaradır. Bəzən isə dondurmaların tərkibində insan orqanizmi üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) mövcud olur.

Belə dondurmalar adətən piştaxtalardan yığışdırılıb, alıcılara təklif edilməsi qadağan olunur.

Bəs bu il necə, satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik normalarına riayət olunmasına dair monitorinqlər aparılıbmı?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, dondurmalarla bağlı dövri olaraq mütəmadi qaydada nəzarət və tənzimləmə tədbirləri həyata keçirilir.

Qeyd edilib ki, dondurmalar düzgün saxlanılmadıqda müəyyən problemlərə gətirib çıxarır:

“Havaların isinməsi ilə insanların dondurmaya olan təlabatı artır. Bu səbəbdən də marketlərlə yanaşı, parklarda, yol qıraqlarında dondurma satışı ilə məşğul olanlara rast gəlinir. Dondurma alarkən mütləq şəkildə qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır.

Məhsulun istehsal tarixi, yaralılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibi diqqətə alınmalıdır. Küçə və parklarda açıq şəraitdə gilizlərdə – qablaşdırılmamış silindr qablarda satılan dondurmaları alarkən məhsulun saxlanma şəraitinə xüsusi diqqət etmək lazımdır. Qeyri-sanitar şəraitdə satılan dondurmalar asanlıqla təhlükəli məhsula çevrilə bilər. Bu cür dondurmaların istehlakı insanlarda qida zəhərlənmələrinə, bağırsaq çöpü ilə yoluxmaya və digər xəstəliklərə yola aça bilər.
 

Satış obyektlərində dondurmaların digər qida məhsulları ilə bir yerdə saxlanılması tövsiyə edilmir. Çünki, digər qidalarla eyni soyuducuda saxlanılması məhsulun orqanoleptik göstəricilərinə (iyi, dadı), keyfiyyətinə təsir etməklə yanaşı, onun tərkibində çarpaz çirklənmə ilə mikroorqanizmlərin inkişafına da səbəb olur.


Nəzərə almaq lazımdır ki, dondurma istehsalında xammal olaraq istifadə olunan süd mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitdir. Bunun üçün də dondurma pasterizasiya olunmuş süddən hazırlanmalı və istehsal olunduqdan sonra soyuq zəncir prinsipinə uyğun olaraq saxlanılmalı və daşınmalıdır.

Dondurma homogen şəkildə olmalıdır. Əgər dondurmanın tamlığı pozularsa və ya istehlak edərkən içərisində buz kristalları müşahidə olunarsa, bu, dondurmanın donunun açıldıqdan sonra təkrar dondurulduğunun göstəricisi ola bilər. Həmin məhsulların istehsal tarixi bitməsə belə, istehlakı tövsiyə edilmir.

Saxlanma temperaturunun sabitliyi dondurmanın keyfiyyətini təmin edən əsas səbəblərdəndir.

Saxlanma temperaturuna riayət etmədikdə bu məhsullarda mikrobioloji proseslər başlayır ki, bu da insan orqanizmi üçün təhlükələrə səbəb olur”.

Qurumun məlumatında vurğulanıb ki, mədə-bağırsaq sistemi həssas olan, mədə xorası və xroniki qastrit, diabet xəstəliyi, qaraciyər problemi olan insanlar dondurma istehlak edərkən diqqətli olmalıdırlar.

“Sutka ərzində 1 porsiya dondurma yemək normal hesab olunur (100-120 qram). Çünki normadan artıq istehlak yuxarı tənəffüs yollarının iltihabına, piylənməyə, qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər” – deyə diqqətə çatdırılıb.

Qurumdan mütəmadi tədbirlərin həyata keçirildiyi də bildirilib:
 

“Daha çox mövsümi olaraq istehlak olunan dondurmalarla bağlı dövri olaraq mütəmadi qaydada nəzarət və tənzimləmə tədbirləri həyata keçirilir. Nəzarət tədbirləri çərçivəsində satışda olan dondurmalardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunur. Sınaq nəticələrində uyğunsuzluq aşkar edildiyi təqdirdə, qanunvericiliklə müəyyən olunmuş qaydada zəruri tədbirlər görülür.


Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

ABŞ-İran danışıqları yenidən BAŞLAYIR

ABŞ-İran danışıqları yenidən BAŞLAYIR

DÇ-2026: İspaniya yarımfinalda – VİDEO

DÇ-2026: İspaniya yarımfinalda – VİDEO

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

End of content

No more pages to load

RADİO