Rusiyanın paytaxtı Moskva şəhərində rekord istilik qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Rusiya paytaxtında havanın hərarəti +32,9 dərəcəyə yüksəlib.
Hidrometeoroloji Mərkəzin elmi rəhbəri Roman Vilfandın sözlərinə görə, Moskvada 22 iyun tarixi üçün rekord temperatur 1917-ci ildə qeydə alınıb.
Belə ki, həmin vaxt havanın temperaturu 31,8 dərəcə olub.
Bizim.Media