Monqolustan Baş prokurorunun Azərbaycana səfəri başa çatıb - FOTO

Monqolustan Baş prokuroru Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, heyəti Milli Məclisin sədri Sahibə Qafarova qəbul edib. Görüşdə iki ölkə arasında siyasi və diplomatik əlaqələrin inkişaf tarixi nəzərdən keçirilib və müşahidə edilən dinamikadan məmnunluq ifadə edilib.
 

Həmçinin hüquq siyasətinin formalaşdırılması və qanunvericiliyin qəbulu və təkmilləşdirilməsi istiqamətlərində parlamentlə prokurorluq qurumlarının qarşılıqlı əməkdaşlığı təcrübəsi müzakirə edilib.


Bununla yanaşı, nümayəndə heyəti Azərbaycan Konstitusiya Məhkəməsində olub. Sədr Fərhad Abdullayev qonaqlara məhkəmənin fəaliyyəti və Azərbaycan Konstitusiyasında insan hüquqlarının təminatları ilə bağlı məlumat verib.

Xüsusi qeyd edilib ki, Azərbaycan Baş Prokurorluğu qanunvericiliyin şərh edilməsi ilə bağlı məhkəməyə sorğuların ünvanlanması aktivliyi ilə seçilir və indiyədək Baş Prokurorluğun sorğusu əsasında 64 Plenum qərarı qəbul edilib.

Səfər çərçivəsində qonaq nümayəndə heyəti Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılan iş şəraiti, o cümlədən Elm-Tədris Mərkəzi və kriminalistik laboratoriyanın fəaliyyəti ilə tanış olub.

44 günlük Vətən müharibəsinə həsr edilən memorial qalereyaya baş çəkən qonaqlara Şanlı Zəfərin tarixi ilə yanaşı, törədilən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, eləcə də onların istintaqı təcrübəsi barədə ətraflı məlumat verilib.
 

Bundan əlavə, heyət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən praktiki fəaliyyətlə, həmçinin əməliyyatların idarə edilməsi mərkəzi və Qaynar xətt əlaqə mərkəzi ilə yaxından tanış olub.


Nümayəndə heyəti həmçinin Milli Aviasiya Akademiyasında olub, burada qurulan müasir tədris infrastrukturu, elmi-tədqiqat imkanları, innovativ təhsil mühiti və beynəlxalq standartlara uyğun hazırlıq prosesi ilə tanış olub.

Akademiyada keçirilən görüş zamanı qonaqlar və təhsil müəssisəsinin tələbələrinə "Beynəlxalq hüquqi əməkdaşlığın əhəmiyyəti" mövzusunda mühazirə təqdim olunub, tələbə və müəllim heyəti ilə fikir mübadiləsi aparılıb.
 

Qeyd olunanlardan əlavə, səfər proqramı çərçivəsində Şamaxı şəhərini ziyarət edən qonaqlar orada regional "ASAN xidmət" mərkəzində yaradılmış iş şəraiti, vətəndaş məmnunluğuna əsaslanan xidmət modeli, rəqəmsal idarəetmə və operativ xidmət mexanizmləri ilə yerində tanış olublar.


Bununla yanaşı, nümayəndə səfər zamanı Azərbaycan xalqının zəngin mədəni-mənəvi irsi ilə, o cümlədən Bakı şəhərində Milli Tarix Muzeyi, Şamaxı şəhərində isə Cümə məscidi, Rəsədxana və digər memarlıq abidələri tanış olublar.

Nümayəndə heyətinin səfəri başa çatıb.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO