Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Hər bir xalqın taleyində elə tarixi şəxsiyyətlər olur ki, onlar misilsiz xidmətləri ilə əbədiyyət qazanır, qəlblərdə yaşayırlar. Azərbaycan xalqının müasir tarixində belə əbədiyaşar şəxsiyyət Ümummilli Lider Heydər Əliyevdir. O, müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın xilaskarı, dövlətçiliyimizi əbədi və dönməz edən dahi rəhbərdir.

Bizim.Media xəbər verir ki, mayın 8-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev: Dövlətçilik, Mədəniyyət və Milli irs” mövzusunda ümumrayon tədbiri keçirilmişdir.

Tədbirdən əvvəl Qusar Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri və kollektivləri, ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir.

Ziyarətçilər abidə önünə tər çiçək dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad etmişdir.

Tədbir Elza İbrahimova adına Qusar Şəhər Uşaq İncəsənət Məktəbində davam etdirilmişdir. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
 

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətindən, onun müstəqil Azərbaycanın inkişafındakı rolundan və xalq qarşısında misilsiz xidmətlərindən bəhs etmişdir.


İcra başçısı xüsusi vurğulamışdır ki, Heydər Əliyev təkcə siyasi lider deyil, həm də böyük mədəniyyət hamisi, incəsənətin dərin bilicisi idi.

“Ulu Öndər teatrı, kinonu, musiqini - mədəniyyətin bütün qollarını hərtərəfli dövlət qayğısı ilə əhatə edirdi. Çünki o, bilirdi ki, mədəniyyəti olmayan xalqın gələcəyi yoxdur. Heydər Əliyev özü əsl mədəniyyət adamı, incə ruhlu, sənətə və sənətkara dəyər verən şəxsiyyət idi”, - deyə Sahir Məmmədxanov bildirmişdir.
 

Rayon rəhbəri Heydər Əliyev irsinin sistemli şəkildə öyrənilməsinin vacibliyini qeyd edərək təklif etmişdir ki, “Heydər Əliyev və təhsil”, “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev və iqtisadiyyat” kimi mövzular hər bir sahə üzrə ayrıca elmi-praktik müstəvidə araşdırılmalı, gənc nəslə çatdırılmalıdır.


Çünki Ulu Öndərin hər bir sahəyə aid dəyərli fikirləri, praktiki tövsiyələri və həyata keçirdiyi islahatlar bu gün də bizim üçün strateji rol xəritəsidir.

Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Heydər Əliyev siyasi irsinin fəlsəfi mahiyyətindən, onun Azərbaycançılıq ideologiyasının təməl prinsiplərindən bəhs etmişdir.

David İbramxəlilov çıxışında bildirmişdir: “Bu gün təqvimdə 8 Maydır. Bir zamanlar bu tarixi biz Şuşanın işğal günü kimi yad edirdik. Bu gün isə Şuşa azaddır, Qarabağ azaddır. Biz artıq qalib xalqıq. Əminəm ki, Ulu Öndər Heydər Əliyev bu Zəfəri görsəydi, qəlbi fərəh hissi ilə dolardı. Bu gün onun ruhu şaddır. Çünki layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi”.

YAP sədri Heydər Əliyev irsinin yalnız tarix olmadığını, həm də bugünkü inkişafımızın ideya mənbəyi olduğunu xüsusi vurğulamışdır.

Tədbirdə Qusar şəhər 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi, “Ən yaxşı təqdimat: Heydər Əliyev – 103” müsabiqəsinin qalibi Elmir Ağamirzəyev müsabiqədə qalib gəldiyi təqdimatla çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyatı, çoxşaxəli dövlətçilik fəaliyyəti haqqında ətraflı məlumat vermiş, Heydər Əliyevin Qusar rayonu haqqında dəyərli fikir və düşüncələrini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
 

Rəsmi hissədən sonra tədbir Qusar Şəhər Uşaq İncəsənət Məktəbinin şagird və müəllim kollektivinin, rayonun tanınmış incəsənət nümayəndələrinin təqdimatında konsert proqramı ilə davam etdirilmişdir. Ulu Öndərin sevdiyi “Dünya sənin, dünya mənim, dünya heç kimin”, “Küçələrə su səpmişəm”, “Tut ağacı” kimi ölməz musiqi əsərləri ifa olunmuşdur.


Tədbir çərçivəsində qusarlı Vətən Müharibəsi Qəhrəmanı Renat Şıxnəbiyevin valideynlərinə Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələri təqdim edilmişdir. Həmçinin “Ən yaxşı təqdimat: Heydər Əliyev – 103” müsabiqəsinin qalibi Elmir Ağamirzəyevə rayon icra hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyə təqdim olunmuşdur.

Sonda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov yüksək səviyyəli tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə, Uşaq İncəsənət Məktəbinin rəhbərliyinə dərin təşəkkürünü bildirmişdir.








































Bizim.Media, Şimal bürosu, Aytəkin Alxaslı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

“Barselona”dan ayrıla bilər

“Barselona”dan ayrıla bilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

Bu məktəbə xanım direktor təyin olundu

Bu məktəbə xanım direktor təyin olundu

End of content

No more pages to load

RADİO