“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”

Bir az narahatlığım var. Canımla əlləşirəm. Yəqin ki, bu da keçəcək.

Bizim.Media xəbər verir ki. bunu “musavat.com”a açıqlamasında Əməkdar artist Hicran Hüseynova deyib.

O, bildirib ki, səhhətində yaranmış problemə görə teatr səhnəsinə çıxa bilmir:

"Hələ tamaşalarda oynaya bilmirəm. Xəstəliyim ciddidir və səhhətim buna yol vermir. Mən 3 ildir ki, ciddi müalicə alıram. Arada müalicələr müsbət reaksiya vermədi deyə pisləşdim, indi bir az düzəlmişəm. Yaxın günlərdə qan analizləri verəcəyəm, ondan sonra hər şey bilinəcək. Şüa müalicəsi alıram".

Aktrisanın sözlərinə görə, xəstəlik 26 il bundan öncə yaranıb:

"23 il idi ki, yaxşı idim. Üç il bundan öncə yenə xəstəliyim baş qaldırdı. Mən üç ildir ki, canımla əlləşirəm. Xəstəxana - ev yolunda qalmışam. Ailəm mənə dəstək olur. Onlara baxıb güc toplayıram ki, ayaq üstdə qalım. Həyat mübarizədir, nə olsa da sınmamalısan. Gərək yaxşını fikirləşəsən ki, yaxşı olasan.

Mən Moskvada komaya düşmüşdüm. Dilim söz tutmurdu, əlimlə işarə edirdim. Heç halım yox idi, ancaq reaksiya verirdim. Hələ o zaman həkim dedi ki, bu güclü qadındır, xəstəliyə qalib gələcək. İnşallah bu bəladan da qurtararam. Həkimlərin dediyi şeylərin hamısını edirəm. Bundan da pis günlər görmüşəm, amma ayağa qalxmışam".

Sənətçi bildirib ki, xəstəliyi ilə bağlı xeyli pul xərcləməli olur:

"Müalicə həddindən artıq pul aparır. Bir aparatın qiyməti 1500 manat olanda özünüz təxmin edin ki, vəziyyət necə olar. Dərmanımın biri 1400 manat edirdi. Əlbəttə çətindir. Prezident təqaüdü alacağımı eşidəndə elə sevindim ki. Mən heç vaxt heç kimdən asılı olmamışam.

Doğrudur, övladlarım kömək edir. Ancaq hərəsinin öz ailəsi var, niyə mənim dərdimi çəksinlər ki. Onlara möhtac olmaq istəmirdim. O xərci övladlarına çəksinlər. Bu təqaüd xəbərini eşidəndən gözüm dolub boşalır. Prezidentə təşəkkür edirəm. Mən 2000-ci ildə də xəstələnəndə də ulu öndər Heydər Əliyev mənə maddi və mənəvi baxımdan dəstək oldu".

Qeyd edək ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Hicran Nəsirovaya Azərbaycan Prezidentinin fərdi təqaüdü veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DTX-nin saxlandığı Saleh Səmədova cəza istənildi

DTX-nin saxlandığı Saleh Səmədova cəza istənildi

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dilan Polat nəzarətə götürüldü

Dilan Polat nəzarətə götürüldü

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

End of content

No more pages to load

RADİO