“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir - FOTOLAR

Ağsuda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü ilə əlaqədar rəsmi yığıncaq keçirilib və konsert təşkil edilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” mövzusunda rəsmi yığıncaq keçirilib.
 

Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak edib.


Məktəblilərinin ifasında Ulu Öndərə həsr olunmuş şeir kompazisiyası dinlənilib, sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.

Yığıncaqda çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsi, demokratik cəmiyyətin formalaşdırılması və ilk Konstitusiyanın qəbulu bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illəri Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ olduğunu vurğulayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə bu sahədə aparılan geniş islahatlar və irimiqyaslı layihələrin həyata keçirilməsindən bəhs edib.
 

Çıxışlarda qeyd edilib ki, Prezident cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi Azərbaycanda şəhərsalma və memarlığın inkişafınaverilən yüksək dəyərin göstəricisidir. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir.


Məhz bu milli birliyimizin təmin edilməsi ölkə Prezidenti tərəfindən həyata keçirildi, torpaqlarımız 30 illik işğaldan sonra azad edildi və respublikamızın suverenliyi bərpa olundu. Hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır.

Bundan başqa yığıncaqda Ağsu rayonundan olan Aprel şəhidi Toğrul Fərəczadənin təltif edildiyi “Vətən uğrunda” medalı şəhidin valideynlərinə təqdim olunub.

Eyni zamanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar keçirilmiş “Ən yaxşı təqdimat” respublika müsabiqəsinin qalibi olmuş Ağsu şəhər Soltan Umbayev adına 2 saylı tam orta məktəbin şagirdi Xədicə Məmmədova RİH tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar keçirilən tədbirlərin davamı olaraq rayon Mədəniyyət evində konsert proqramı təşkil edilib.

Burada musiqi kollektivlərinin Azərbaycanı, Ümummilli Lider Heydər Əliyevi və Vətən sevgisini vəsf edən rəngarəng ifaları konsert iştirakçılarına mənəvi zövq verməklə bərabər onlarda bu müsiqilərə qarşı xüsusi diqqət və maraq yaradıb.




































Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

“Barselona”dan ayrıla bilər

“Barselona”dan ayrıla bilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

Bu məktəbə xanım direktor təyin olundu

Bu məktəbə xanım direktor təyin olundu

End of content

No more pages to load

RADİO