"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərdə pandemiya qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərə başlayıb".
Bizim.Media xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Sədrin sözlərinə görə, qəbul edilmiş qaydalara bütün ibadət yerlərində əməl edilir:
“Bu, belə də olmalıdır. Nəzərə almalıyıq ki, bütün məhdudiyyətlər müvəqqətidir. Mömin insanlar bu məhdudiyyətlərin zəruriliyini başa düşür".
Bizim.Media