Yaşı 45-dən yuxarı olanların NƏZƏRİNƏ

İş həyatında uzun illər ərzində qazanılan təcrübə artıq hər qapını açmaq üçün kifayət etməyə bilər. Xüsusilə 45 yaş həddini keçmiş iş axtaranlar rəqəmsal dünyanın yeni qərarverici mexanizmləri olan alqoritmlər tərəfindən kənarda qalma riski ilə üzləşir.

Süni intellektin yaratdığı reallıqlar

Belə ki, Melburn Universitetinin mütəxəssisləri işə qəbul proseslərində rəqəmsal sistemlərin təsirini ölçmək üçün geniş araşdırma aparıblar.

Tədqiqatçılar texnologiya sektorunda fəaliyyət göstərən işəgötürən modeli üzərindən ChatGPT-yə müraciət ediblər. Sistemə “coşqulu və yeni ideyalara sahib” işçilərin axtarıldığı bildirilib və yaş qrupları üzrə tövsiyə istənilib. Süni intellekt əvvəlcə 21–30 yaş aralığını, daha sonra 30–45 yaş aralığını uyğun namizədlər kimi təqdim edib. 45 yaşdan yuxarı təcrübəli işçilər isə bu siyahıya daxil edilməyib.
 

Araşdırmanın rəhbəri Alysia Blekman bildirib ki, süni intellekt alətləri işə qəbul, performansın idarə edilməsi və daxili təlimlərdə getdikcə daha çox istifadə olunur və bu, yaşlı işçilərin əmək bazarında mövqeyini zəiflədə bilər.


Yaşla bağlı qərəzi daha aydın görmək üçün tədqiqatçılar ChatGPT-yə birbaşa “yaşlı işçilər hansı işlər üçün daha uyğundur?” sualını veriblər. Cavab yalnız səkkiz kateqoriyadan ibarət məhdud siyahı ilə təqdim olunub. Bu siyahıda əsasən kuryerlik kimi aşağı ixtisaslı, müəllimlik kimi nisbətən aşağı gəlirli və ya qeyri-sabit işlər yer alıb.

Eyni sual gənc işçilər barədə soruşulduqda isə siyahı 14 kateqoriyaya qədər genişlənib və sosial media, rəqəmsal marketinq, informasiya texnologiyaları, texniki dəstək və yaradıcı sənayelər kimi perspektivli sahələr daxil edilib.

Bu nəticələr süni intellekt sistemlərinin yaşlı işçilərə dair ənənəvi stereotipləri daşıya biləcəyini göstərir. Mütəxəssislər bildirirlər ki, iş bazarında ədalətli rəqabətin təmin olunması üçün bu tip alqoritmlərin daha ciddi tənzimlənməsinə ehtiyac var.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, süni intellekt nə qədər mükəmməl alqoritmlərə sahib olsa da, onun böhran anlarında strateji qərarvermə, insani emosional intellekt, institusional yaddaş və illərlə qazanılmış real idarəetmə təcrübəsini tam mənada əvəzləməsi texniki olaraq qeyri-mümkündür:

“Çox zəngin təcrübəyə malik olan mütəxəssislər yeni nəsil süni intellekt alətlərini və rəqəmsal savadlılıq vərdişlərini öz iş proseslərinə rasional şəkildə inteqrasiya etdikdə, əmək bazarında gənc kadrlardan daha unikal və rəqabətədavamlı bir gücə çevrilirlər.

Bu baxımdan, texnologiyanın gətirdiyi rəqəmsal yeniliklər 45 yaş üzəri mütəxəssislər üçün bir təhdid deyil, əksinə, onların potensialını daha da nümayiş etdirmək üçün böyük bir fürsətdir. Alqoritmlər rutin və mexaniki işləri öz üzərinə götürdükcə, insan mühəndisliyi, strateji planlaşdırma və yaradıcı idarəetmə kimi sahələrdə təcrübəli kadrların rolu daha da qiymətli xarakter alır.

Şirkətlər və böyük korporasiyalar yalnız texnoloji şablona əsaslanan qərarların risklərini anladıqca, rəqəmsal alətlərlə silahlanmış təcrübəli komanda rəhbərlərinin və ekspertlərin çəkisi yaxın gələcəkdə daha da artacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

End of content

No more pages to load

RADİO