Uğura sevinməyən MÜXALİFƏT – Onların məqsədi nədir? – Deputatdan AÇIQLAMA

Azərbaycan nüfuz artımı və inkişaf tempi ilə istər Qafqaz, istərsə də Xəzəryanı dövlətlərin heç birilə müqayisə olunmur. Sübut olaraq bircə faktı qeyd etmək kifayətdir ki, bütün dünyada Cenevrədə Bayden-Putin görüşündən sonra ən vacib olay Şuşadakı mətbuat konfransı və Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın imzaladığı bəyannamə hesab olunur. Yəni, Azərbaycan real geosiyasət və geoiqtisadiyyatda yeni bir ənənə formalaşdıran dövlətdir. Buna rəğmən, yenə nədənsə narazılar var.

Niyə bəzi müxalifətçilər uzun illər əsarət görmüş Azərbaycanı birdən-birə İsveçrə kimi görmək istəyir? Bu istəyin arxasında nə dayanır?

Bizim.Media sualına cavab verən YAP üzvü, deputat Vüqar İskəndərov əvvəlcə bildirdi ki, uzun illərdir Azərbaycan bütün sahələrdə hərtərəfli inkişafı qarşısına qoyan bir ölkədir.
 

MÖVZU İLƏ BAĞLI:

“Uzun illər Şuşa Bəyannaməsindən danışılacaq” - Ceyhun Bayramov


Millət vəkilinin fikrincə, bugünkü inkişafın bünövrələri hələ ulu öndər Heydər Əliyevin dönəmində qoyulub:

"Və bu möhkəm özülləri keyfiyyətcə yeni mərhələdə cənab Prezident uğurla davam etdirir və artıq Azərbaycan yeni reallıqlar yaradan bir ölkədir.

44 günlük zəfərimizi də təsadüfən qazanmadıq. Yəni, 2003-cü ildən sonra hər gün yaşanan tərəqqi, eyni anda ordu quruculuğunun vüsət alması Qarabağın düşmən tapdağından azad olunmasına hesablanmışdı. Bunu şərtləndirən bir çox cəhətləri saymaq olar. Ən əsası, ölkə qarşısına yeni inkişaf modelini qoymuşdu.

Biz artıq qalib ölkəyik və Azərbaycan yeni geosiyasi konfiqurasiya yaradıb. Bölgədə söz sahibi olan ölkəyə çevrilmişik. Təəssüf ki, ölkənin inkişafına, cəmiyyətdə formalaşan yeni ənənəyə baxmayaraq müxalifət dediyimiz bir qrup marginallar (əhəmiyyətsiz, aralıq mövqe tutanlar) bu tərəqqini görmək istəmir, yaxud gözləri götürmür.

Biz anlayırıq ki, bizi istəməynlər olar. Başa düşürük ki, belə ölkələr də var. Belə xalqlar da ola bilər. Ancaq özümüzdən, içimizdən olan, bizdən sayılan, bir millətin övladları dediyimiz insanların milli həmrəylik yanaşmasına da müxalif çıxması, hər şeyi necə-gəldi tənqid etməsi və qarayaxmaları insanı məyus edir. Əslində normal cəmiyyətdəki iqtidara normal da müxalifət olmalıdır ki, inkişaf getsin. Lakin milli məsələlər gələndə iqtidara yox, dövlətə müxaliflik sadəcə olaraq düşmənçilikdir.

Ona görə də düşünürük ki, bu qruplar gec-tez anlayacaqlar ki, ölkəni, milləti, xalqı, dövləti sevmək lazımdır. Onun uğurlarına sevinmək gərəkdir"

Hakim partiyanı təmsil edən deputat sonda vurğuladı ki, bizim əsas missiyamız gələcək nəsillərə suveren, torpaqları bütövləşmiş, müstəqil, güclü bir Azərbaycan bəxş etməkdir:

"Bu, bizim hər birimizin üzərinə düşən böyük bir vəzifədir və biz bu tapşırığı uğurla yerinə yetirməyə çalışmalıyıq"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emin Hüseynov: “Qarabağda aqrobiznes genişləndiriləcək”

Emin Hüseynov: “Qarabağda aqrobiznes genişləndiriləcək”

“Xaç atası”nın ulduzu TANINMAZ HALDA - VİDEO

“Xaç atası”nın ulduzu TANINMAZ HALDA - VİDEO

ABŞ-İran memorandumu -14 bəndlik sənəddə nələr var?

ABŞ-İran memorandumu -14 bəndlik sənəddə nələr var?

Quru sərhədlərlə bağlı ÇAĞIRIŞ – “Onlar üçün açılsın!”

Quru sərhədlərlə bağlı ÇAĞIRIŞ – “Onlar üçün açılsın!”

Xırdalanda Dost Mərkəzi yanır

Xırdalanda Dost Mərkəzi yanır

Məcnun Məmmədov: "Müasir suvarma sisteminin tətbiqinə görə subsidiya veriləcək”

Məcnun Məmmədov: "Müasir suvarma sisteminin tətbiqinə görə subsidiya veriləcək”

Trampın İran mesajlarının gizli MƏQSƏDİ - TƏHLİL

Trampın İran mesajlarının gizli MƏQSƏDİ - TƏHLİL

Bu rayonlarda ehsan LƏĞV olunub — SİYAHI

Bu rayonlarda ehsan LƏĞV olunub — SİYAHI

Ötən ay meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı

Ötən ay meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı

Canlı yayımda gözlənilməz an - Qadın müxbiri öpdü - VİDEO

Canlı yayımda gözlənilməz an - Qadın müxbiri öpdü - VİDEO

Vüqar Gülməmmədov: "Büdcə vəsaitindən daha rasional istifadə edilməlidir"

Vüqar Gülməmmədov: "Büdcə vəsaitindən daha rasional istifadə edilməlidir"

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq

Ötən il büdcə xərclərinin neçə faizi sosialyönümlü olub? – NAZİR AÇIQLADI

Ötən il büdcə xərclərinin neçə faizi sosialyönümlü olub? – NAZİR AÇIQLADI

Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi - FOTO

Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi - FOTO

Kralın böyük qızı vəfat etdi – Ölkə matəmə büründü - FOTO

Kralın böyük qızı vəfat etdi – Ölkə matəmə büründü - FOTO

Nazir: Azərbaycanda qeyri-neft sektoru 2,7 faiz artıb

Nazir: Azərbaycanda qeyri-neft sektoru 2,7 faiz artıb

68 nəfər Avropadan Azərbaycana qaytarılıb

68 nəfər Avropadan Azərbaycana qaytarılıb

Sahil Babayev: "Ötən il büdcə ölkənin inkişaf prioritetlərinə uyğun icra edilib"

Sahil Babayev: "Ötən il büdcə ölkənin inkişaf prioritetlərinə uyğun icra edilib"

Orta aylıq maaş 1200 manata çatır

Orta aylıq maaş 1200 manata çatır

22 ölkə İrana xəbərdarlıq etdi

22 ölkə İrana xəbərdarlıq etdi

Şüvəlanda dənizdə çimən şəxs boğularaq həyatını itirib

Şüvəlanda dənizdə çimən şəxs boğularaq həyatını itirib

Yaşı 45-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 45-dən yuxarı olanların NƏZƏRİNƏ

Sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

Sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

End of content

No more pages to load

RADİO