13 erməni terrorçusunun məhkəməsi başladı - YENİLƏNİB

Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayacaq. 

Bizim.Media xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi gözlənilir. 

MÖVZU İLƏ BAĞLI:

"Ermənistanla sərhəd xətti məsələsində fikir ayrılığımız var” - Ceyhun Bayramov 


Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər. 

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib. 

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emin Hüseynov: “Qarabağda aqrobiznes genişləndiriləcək”

Emin Hüseynov: “Qarabağda aqrobiznes genişləndiriləcək”

“Xaç atası”nın ulduzu TANINMAZ HALDA - VİDEO

“Xaç atası”nın ulduzu TANINMAZ HALDA - VİDEO

ABŞ-İran memorandumu -14 bəndlik sənəddə nələr var?

ABŞ-İran memorandumu -14 bəndlik sənəddə nələr var?

Quru sərhədlərlə bağlı ÇAĞIRIŞ – “Onlar üçün açılsın!”

Quru sərhədlərlə bağlı ÇAĞIRIŞ – “Onlar üçün açılsın!”

Xırdalanda Dost Mərkəzi yanır

Xırdalanda Dost Mərkəzi yanır

Məcnun Məmmədov: "Müasir suvarma sisteminin tətbiqinə görə subsidiya veriləcək”

Məcnun Məmmədov: "Müasir suvarma sisteminin tətbiqinə görə subsidiya veriləcək”

Trampın İran mesajlarının gizli MƏQSƏDİ - TƏHLİL

Trampın İran mesajlarının gizli MƏQSƏDİ - TƏHLİL

Bu rayonlarda ehsan LƏĞV olunub — SİYAHI

Bu rayonlarda ehsan LƏĞV olunub — SİYAHI

Ötən ay meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı

Ötən ay meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı

Canlı yayımda gözlənilməz an - Qadın müxbiri öpdü - VİDEO

Canlı yayımda gözlənilməz an - Qadın müxbiri öpdü - VİDEO

Vüqar Gülməmmədov: "Büdcə vəsaitindən daha rasional istifadə edilməlidir"

Vüqar Gülməmmədov: "Büdcə vəsaitindən daha rasional istifadə edilməlidir"

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq

Ötən il büdcə xərclərinin neçə faizi sosialyönümlü olub? – NAZİR AÇIQLADI

Ötən il büdcə xərclərinin neçə faizi sosialyönümlü olub? – NAZİR AÇIQLADI

Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi - FOTO

Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi - FOTO

Kralın böyük qızı vəfat etdi – Ölkə matəmə büründü - FOTO

Kralın böyük qızı vəfat etdi – Ölkə matəmə büründü - FOTO

Nazir: Azərbaycanda qeyri-neft sektoru 2,7 faiz artıb

Nazir: Azərbaycanda qeyri-neft sektoru 2,7 faiz artıb

68 nəfər Avropadan Azərbaycana qaytarılıb

68 nəfər Avropadan Azərbaycana qaytarılıb

Sahil Babayev: "Ötən il büdcə ölkənin inkişaf prioritetlərinə uyğun icra edilib"

Sahil Babayev: "Ötən il büdcə ölkənin inkişaf prioritetlərinə uyğun icra edilib"

Orta aylıq maaş 1200 manata çatır

Orta aylıq maaş 1200 manata çatır

22 ölkə İrana xəbərdarlıq etdi

22 ölkə İrana xəbərdarlıq etdi

Şüvəlanda dənizdə çimən şəxs boğularaq həyatını itirib

Şüvəlanda dənizdə çimən şəxs boğularaq həyatını itirib

Yaşı 45-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 45-dən yuxarı olanların NƏZƏRİNƏ

Sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

Sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

End of content

No more pages to load

RADİO