Kilsə-Paşinyan gərginliyi PİK HƏDDƏ – “Din xadimləri çevrilişə HAZIRLAŞIR” – EKSKLÜZİV

“Köçəryanın sözlərinə görə, bu missiya (Erməni kilsəsi) – Nikol Paşinyanın istefaya göndərilməsidir. Bu kontekstdə Baqrat Qalstyanın, Ktritç Nersisyanın və digər kilsə ierarxlarının barışmaz mövqeyi və aqressiv davranışı da aydın olur”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında tanınmış erməni jurnalist Natali Aleksanyan deyib.

Ermənistanda kilsə ilə iqtidar arasında böyüyən gərginliyi şərh edən Aleksanyan, kilsənin sülhə deyil, xaosa xidmət etdiyini bildirib.

O hesab edir ki, vəziyyətin normallaşması üçün Ermənistan konstitutsiyasında kilsə ilə bağlı müddəalara dəyişiklik edilməlidir:

“Bütün bu vəziyyətin kökündə Ermənistan Konstitusiyası dayanır. Konstitusiya Erməni Apostol Kilsəsi ilə dövlət arasında xüsusi münasibətləri təsbit edir və onları faktiki olaraq bərabərhüquqlu tərəfdaşlara çevirir. Nəticədə, Kilsə böyük imtiyazlar əldə edir, məsuliyyətdən azad olunur və faktiki olaraq “dövlət içində dövlət”ə çevrilir. Özünə yalnız dövlətə məxsus olan səlahiyyətləri mənimsəyir”.

Aleksanyan bildirir ki, Kilsə daxili qərarlarına əsaslanaraq özünü Ermənistan ərazisində hüquqi şəxs elan edir, özəlləşdirmə və kommersiya fəaliyyəti hüququ qazanır, lakin vergi ödəmir və digər qanuni öhdəlikləri yerinə yetirmir.

 Bu, hüquqi şəxslər üçün məcburi olan öhdəliklərdir.

“Bu vəziyyət parazit kimi Ermənistan dövlətinin bədənində kök salıb. Kilsə dövlətin resursları ilə qidalanır, lakin onun inkişafında iştirak etmir. Üstəlik, hakimiyyət Robert Köçəryanın maraqlarına zidd addım atdığı an, bu sistem ölkədə qanunsuz dövlət çevrilişinə cəhd etməyə başlayır. Qeyd edim ki, Ktritç Nersisyan və ətrafının bu gün faydalandığı imtiyazlar məhz Robert Köçəryanın və onun komandasının əli ilə konstitusiyada təsbit olunmuşdu. Beləliklə, biz yalnız bir siyasi gücə xidmət edən qapalı hüquqi problemlə qarşı-qarşıyayıq. Mövcud konstitusiya ilə bu problemi aradan qaldırmaq demək olar ki, mümkün deyil”.

Bəs yaşanan gərginlik Nikol Paşinyanın istefası ilə nəticələnə bilərmi?

“Bu gün bu ehtimal çox aşağıdır. Lakin kilsə ölkədə daxili vəziyyəti uzunmüddətli perspektivdə ciddi şəkildə pozmaq gücünə malikdir, xüsusən də qarşıdan gələn parlament seçkiləri nəzərə alınarsa, bu ehtimal var.

Hər halda, əgər baş nazir həqiqətən də Ermənistan dövlətçiliyini gücləndirmək niyyətindədirsə, o zaman bu “dövlət içində dövlət” problemini mütləq həll etməlidir. Əslində onun qarşısında yalnız bir yol var: konstitusiyanın yenidən gözdən keçirilməsi və Erməni Apostol Kilsəsinin şəffaf hüquqi müstəviyə çıxarılması. Beləliklə o, hüquqi dövlətdə fəaliyyət göstərən digər təşkilatlar kimi eyni qanunlara tabe olmalıdır”, - deyə N.Aleksanyan əlavə edib.

Qeyd edək ki, son günlərdə Ermənistanda Paşinyan hakimiyyəti ilə erməni kilsəsi arasında qarşıdurma yeni fazaya daxil olub. Bu qarşıdurma hətta konstitusiya böhranı həddinə qədər inkişaf edib. Baş nazir Nikol Paşinyan erməni kilsəsinə və keşişlərə qarşı sərt ittihamlar irəli sürməyə başlayıb. Erməni baş nazirin "subaylıq andı"na riayət etməyərək, pozğun həyat tərzi yaşayan keşişlərə yönəlik "dini xidməti tərk edin" tələbi Ermənistan cəmiyyətinin radikal-revanşist təbəqəsində ciddi narahatlıq doğurub.
 

Çünki Paşinyan bu ittihamların ardınca erməni kilsəsinə katolikos seçkilərində dövlətin “həlledici səsə” malik olmasının vacibliyini də vurğulayıb və bu, ciddi siyasi-hüquqi mübahisələrə səbəb olub.


Bəzi müxtəlifyönümlü hüquqşünaslar baş nazirin bu tələbinin Ermənistan konstitusiyasının əsas prinsiplərinə – yəni kilsənin dövlətdən ayrılığına – zidd olduğunu bildiriblər. Onların fikrincə, belə tələblərlə çıxış edən Paşinyan cinayət məsuliyyəti daşımalıdır.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Murat Boz İstanbulda sel sularında köməksiz qaldı – Yardım istədi - VİDEO

Murat Boz İstanbulda sel sularında köməksiz qaldı – Yardım istədi - VİDEO

Zelenski Trampın müşavirlərini ittiham etdi - VİDEO

Zelenski Trampın müşavirlərini ittiham etdi - VİDEO

Bakıda minik avtomobili atla toqquşdu - VİDEO

Bakıda minik avtomobili atla toqquşdu - VİDEO

İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

İstanbulda dərslər distant formada KEÇİRİLƏCƏK

İstanbulda dərslər distant formada KEÇİRİLƏCƏK

Premyer Liqanın ƏN YAXŞISI seçildi

Premyer Liqanın ƏN YAXŞISI seçildi

Ukrayna Rusiyanın iki neft emalı zavoduna hücum edib

Ukrayna Rusiyanın iki neft emalı zavoduna hücum edib

Navai HƏBS EDİLDİ

Navai HƏBS EDİLDİ

Kənd yumurtası BAHALAŞDI

Kənd yumurtası BAHALAŞDI

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi - FOTO

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi - FOTO

Bolqarıstanda “Starlink”ə məxsus ötürücülər yandırıldı - VİDEO

Bolqarıstanda “Starlink”ə məxsus ötürücülər yandırıldı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Prezident Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul etdi - FOTO

Prezident Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul etdi - FOTO

Fərid Namazovdan sonra “İmişli”də QƏRAR

Fərid Namazovdan sonra “İmişli”də QƏRAR

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - FOTO

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - FOTO

Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FOTO

Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FOTO

Ukrayna ABŞ, NATO və SpaceX ilə danışıqlar aparır - Starlink məhdudiyyətlərinə görə

Ukrayna ABŞ, NATO və SpaceX ilə danışıqlar aparır - Starlink məhdudiyyətlərinə görə

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul etdi - FOTO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul etdi - FOTO

İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - FOTO

İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - FOTO

Almaniyadan 32 azərbaycanlı geri qaytarıldı

Almaniyadan 32 azərbaycanlı geri qaytarıldı

Türkiyənin “Neo-Osmanlı” planları və Bakının QIRMIZI XƏTLƏRİ

Türkiyənin “Neo-Osmanlı” planları və Bakının QIRMIZI XƏTLƏRİ

Bakıda keçirilən kəlağayı yürüşündən VİDEOREPORTAJ

Bakıda keçirilən kəlağayı yürüşündən VİDEOREPORTAJ

Üç BÜRC üçün fürsətlər dənizi

Üç BÜRC üçün fürsətlər dənizi

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəldi - FOTO

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəldi - FOTO

End of content

No more pages to load

RADİO