İranın xarici işlər naziri Cavad Zərif ölkəsində olmasa da, seçkilərə qatılıb.
Bizim.Media “irna”ya istinadən xəbər verir ki, İranın xarici işlər naziri Cavad Zərif diplomatik forumda iştirak etmək üçün Türkiyənin Antalya şəhərindədir.
Lakin buna baxmayaraq o, 13-cü prezident seçkilərinə qatılıb və səs verib.
Xatırladaq ki, İranda 59 milyon 310 min 307 nəfərin bu dəfəki seçkilərdə səsvermə hüququ var. İrandakı seçkiləri 39 ölkədən 500 jurnalist işıqlandırır.
Bizim.Media
