AVRO-2020: Bu gün 1/8 finalın daha 3 iştirakçısı müəyyənləşə bilər

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti 3 oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, görüşlərdən ikisi D, biri isə E qrupunda oynanılacaq.

Günün ilk matçı E qrupunda İsveç və Slovakiya yığmaları arasında olacaq. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu almaniyalı referi Marko Frits idarə edəcək. İlk turda Polşanı 2:1 hesabı ilə məğlub edən slovakiyalılar qalib gələcəyi təqdirdə 1/8 finala vəsiqəni təmin edəcəklər.

Skandinaviyalılar isə qrupun ilk matçında İspaniya ilə qolsuz heç-heçəyə razılaşıb.

D qrupunda ilk turda İngiltərəyə minimal hesabla uduzan Xorvatiya seçməsi birinci oyunda Şotlandiyanı 2:0 hesabı ilə məğlub edən Çexiya yığması ilə qarşılaşacaq. Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park" stadionunda keçiriləcək görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qələbə çexiyalıları pley-offa yüksəldəcək.

Bu qrupun digər matçında İngiltərə millisi Şotlandiyanı sınağa çəkəcək. Londondakı "Uembli" stadionunda gerçəkləşəcək görüşü ispaniyalı Antonio Migel Mateu Laos idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İngilislər bu görüşdə də qalib gələrsə, vaxtından əvvəl 1/8 finala adlayacaqlar.

Avropa çempionatı

D qrupu, II tur

20:00. Xorvatiya - Çexiya

Baş hakim: Karlos del Serro Qrande (İspaniya)

Qlazqo şəhərindəki "Hempden Park" stadionu

23:00. İngiltərə - Şotlandiya

Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya)

London, "Uembli" stadionu

Xal durumu: Çexiya - 3, İngiltərə - 3, Xorvatiya - 0, Şotlandiya - 0

E qrupu

23:00. İsveç - Slovakiya

Baş hakim: Marko Frits (Almaniya)

Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu

Xal durumu: Slovakiya - 3, İspaniya - 1, İsveç - 1, Polşa - 0

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Fransa klubunun futbolçusu “Sabah”da

Fransa klubunun futbolçusu “Sabah”da

BMT rəhbəri İsrail və “Hizbullah”a ÇAĞIRIŞ ETDİ

BMT rəhbəri İsrail və “Hizbullah”a ÇAĞIRIŞ ETDİ

Zakir Həsənov 11 ölkənin iştirak etdiyi beynəlxalq TƏLİMDƏ - FOTO

Zakir Həsənov 11 ölkənin iştirak etdiyi beynəlxalq TƏLİMDƏ - FOTO

İranda Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı - VİDEO

İranda Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı - VİDEO

Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

BƏƏ və İran rəsmiləri münaqişədən sonra ilk dəfə GÖRÜŞDÜ

BƏƏ və İran rəsmiləri münaqişədən sonra ilk dəfə GÖRÜŞDÜ

Gülay canlı efirdə ağladı - VİDEO

Gülay canlı efirdə ağladı - VİDEO

Bakıda kafedə ÖLÜM HADİSƏSİ

Bakıda kafedə ÖLÜM HADİSƏSİ

Yaşar Gülər Rüstəm Umerovla görüşdü - FOTO

Yaşar Gülər Rüstəm Umerovla görüşdü - FOTO

Arzusu çin olan azarkeş - FOTO

Arzusu çin olan azarkeş - FOTO

“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - VİDEO

“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - VİDEO

Avtomobilin nömrəsini çıxararaq Sumqayıt yollarında avtoxuliqanlıq elədi - VİDEO

Avtomobilin nömrəsini çıxararaq Sumqayıt yollarında avtoxuliqanlıq elədi - VİDEO

Əli Əsədov Özbəkistana səfər edəcək

Əli Əsədov Özbəkistana səfər edəcək

Prezidentə gələn təbrik MƏKTUBLARI

Prezidentə gələn təbrik MƏKTUBLARI

Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTO

Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTO

Əməkdar artist: “Kişi məclislərinə bir şərtlə gedirəm”

Əməkdar artist: “Kişi məclislərinə bir şərtlə gedirəm”

End of content

No more pages to load

RADİO