Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, "Toyota" və "Renault" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.


Bizim.Media