Bakıda kafedə ölüm hadisəsi baş verib.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kafedə qeydə alınıb.
Qəsəbə sakini, 62 yaşlı Nəcməddin Baqauddinoviç Rəcəbəliyev kafedə qəfil ölüb.
Hadisənin ürək tutması səbəbindən baş verdiyi bildirilir.
Bizim.Media