“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Fransalı vinger Yunis Laçab bundan sonra Azərbaycan çempionunun uğurları üçün çalışacaq.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Laçab Fransanın “Lill” klubundan bir illik icarəyə götürülüb.
“Lill” klubunun yetirməsi olan 21 yaşlı futbolçu karyerası ərzində klubun əsas və ikinci komandalarında çıxış edib.
Bizim.Media