İranda Təbriz-Məşhəd marşrutu üzrə hərəkət edən sərnişin qatarı Türkmənçay ərazisində (Vərzəqan yolu yaxınlığında) relsdən çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, hadisə bu gün axşam saatlarında baş verib.
İlkin məlumata görə, Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə Qərargahı qəza nəticəsində 1 nəfərin xəsarət aldığını, digər sərnişinlərin vəziyyətinin normal olduğunu bildirib.
Hadisə yerinə dərhal Miyanə Qızıl Aypara Cəmiyyətinin xilasetmə və əməliyyat qrupları cəlb olunub. Hazırda sərnişinlərin səfərlərini fasiləsiz davam etdirmələri üçün digər nəqliyyat vasitələrinə köçürülməsi işləri aparılır.
Bizim.Media