Litva liderindən TƏBRİK: “Azərbaycanın müstəqilliyini və suverenliyini ardıcıl surətdə dəstəkləyirik”

Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
 

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı səmimi-qəlbdən təbrik edirəm. Sizə, ölkənizə və onun xalqına davamlı uğurlar, rifah və harmoniya arzulayıram.


Bu il Litva ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz ölkələrimizi birləşdirən dostluq əlaqələri ilə qürur duyuruq.

Ümid edirəm ki, dialoqumuzu xüsusən də iqtisadiyyat, innovasiya və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq, eləcə də qarşılıqlı anlaşmaya əsaslanan konstruktiv təmaslar vasitəsilə dərinləşdirməkdə davam edəcəyik.

Litva Azərbaycanın müstəqilliyini və suverenliyini ardıcıl surətdə dəstəkləyir. Biz Azərbaycanın Ermənistanla sülhə nail olmaq səylərini dəstəkləyirik və sülh müqaviləsinin mətninin razılaşdırılmasını alqışlayırıq. İnanırıq ki, bu müqavilə tezliklə imzalanacaq və regionda davamlı sülhə zəmin yaradacaq.

Ölkələrimizi hələ də ədalət axtarışında olanlara, azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq məcburiyyətində qalanlara dəstək olmaq üçün ilham və güc mənbəyinə çevrilmiş kədərli tarixi keçmiş birləşdirir. İnanıram ki, Rusiyanın Ukraynada apardığı şiddətli müharibə şəraitində biz qaydalara əsaslanan dünya nizamını müdafiə etməkdə vahid və qətiyyətli olacağıq.

Cənab Prezident, Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı bir daha təbrik edirəm.

Xahiş edirəm, ən xoş arzularımı və dərin hörmətimi qəbul edin".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

End of content

No more pages to load

RADİO