3 hissəyə bölünmüş kənddən REPORTAJ – FOTO

Oğuz rayonunun Mollalı kəndindən üç çay keçir. Bu yaşayış məntəqəsinin sakinləri ildə bir neçə dəfə sel təhlükəsini yaşayır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Mollalı kəndi su sarıdan elə də çətinliyi yoxdur. Bura nadir kəndlərdəndir ki, solundan Qara çay, ortasından Nazar çayın qolu olan Ağçay, sağından isə Türyançay keçir.
 

Kənd sakini Səyavuş Bayramovun sözlərinə görə bu bir tərəfdən sevindirici olsa da, digər tərəfdən olduqca təhlükəli və qorxuncdur.


Kəndin üç hissəyə bölündüyünü deyən sakin son illər daha çox Türyançayın yaratdığı fəadlardan əziyyət çəkdiklərini dilə gətirir.



“Ötən il yaz və payız aylarında iki dəfə kəndin bir hissəsini əsasən də Türyançay istiqamətdə yerləşən evləri, həyət-bacanı sel pis günə qoydu. Çəkdiyimiz əziyyət, bostan-tərəvəz, meyvə ağaclarımız eləcə də toyuq-cücəmiz məhv oldu” deyən Səyavuş Bayramov sel təhlükəsinin aradan qalxmadığını bildirir. Belə ki, çayın sahili boyunca torpaq vallar vurulsa da, güclü sel gələndə hamısını yuyub aparır və kəndə istiqamətlənir.
 

Kəndin digər bir hissəsində yaşayan sakinlər isə daxildən axan Ağçayla bağlı narahatlıqlarını ifadə edir.


“Ağçay kəndimizin daxilindən keçdiyindən burada da biz sakinlərin bir hissəsi əziyyət çəkirik. Ötən il sel bəndləri yuyub apardı. Az qala nəvəmi də su aparacaqdı”- deyə fikirlərini bölüşən kənd sakini Azər Bayramov vəziyyətin hər il çətinləşdiyini ifadə edir. Yaxınlıqda dayanan Elçin Məmmədov isə kənd qəbiristanlığını da sel təhlükəsi gözlədiyini, artıq 5-10 metr məsafə qaldığını bildirir.


Sakinlərin sözlərinə görə, ötənilki daşqınlardan sonra rayonun yerli qurumlar çayın üzərində müvəqqəti keçid hazırlayıb. Buradan ancaq piyadalar keçə bilir. Çaya sel gələndə isə maşınlar yollarda qalır ki, bu da onlar üçün xeyli problem yaradır.

Sakinlər sözlərinə onu da əlavə edir ki, əsasən xəstələri olanda Təcili Tibbi Yardım maşınları çayı keçə bilmir, məcburən xəstəni əllərində ya qucaqlarında müvəqqəti keçidlə yolun digər hissəsinə keçirmək məcburiyyətində qalırlar.

Bu isə xəstənin həyatı bahasına başa gəlir.


Rayon su melorasiya sistemlərinin istismarı idarəsindən sakinlərin narahatlığı ilə bağlı məsələyə münasibət öyrəndik. Bildirildi ki, ötən il kəndin Türyançay hissəsi boyunca əlliyə yaxın ev təsərrüfatını sel basaraq sakinlərə xeyli zərər vurub. Bununla bağlı həmin istiqamətdə iki xətt boyunca torpaq vallar vurulsa da sel güclü olanda qarşısını almaq mümkün olmur. Sakinlərin haqlı narahatlığını nəzərə alan idarə rəhbərliyi sel təhlükəsini aradan qaldırmaq məqsədi ilə layihə hazrlayaraq yuxarı orqanlara təqdim edib. Məsələ hazırda öyrənilir və araşdırma mərhələsindədir.

Ümid edək ki, Mollalı kənd sakinlərini narahat edən sel təhlükəsi tezliklə aradan qalxacaq və Türyançay istiqamətində beton bəndlər, daxildən axan Ağçay üzərində körpü və digər təhlükəli yerlərdə əlavə bəndlər tikilərək problem aradan qaldırılacaq.





Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

End of content

No more pages to load

RADİO