TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL – Xaçmazdakı olayın TƏFƏRRÜATI

Bu gün Xaçmaz Rayon Mərkəzi xəstəxanasında jurnalistlə qurum rəhbəri arasında insident yaşanıb. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovla birgə vətəndaşlarla keçirdiyi qəbulda mübahisə baş verib. 

Belə ki, qəbulda vətəndaş kimi iştirak edən "Şimal xəbərləri" qəzetinin  baş redaktoru Müqəddəs Mehdiyevin qaldırdığı problem qarşı tərəfin hiddətinə səbəb olub. 

Bu barədə Müqəddəs Mehdiyevin özü Bizim.Media-ya məlumat verib.

O, insidentdən əvvəl səhiyyə rəsmilərinin qəbulunda qaldırdığı mövzulardan danışıb:

“Əvvəlcə bu ilin fevral ayında Zaur Əliyevlə Vüqar Qurbanovun Qusardakı qəbulunda, qaldırdığı məsələləri xatırlatdım. Qeyd etdim ki, Xaçmazın Xudat şəhər xəstəxanasının Ailə-sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərməsindən ərazidə yaşayan 70 mindən artıq əhali narazıdır və bu səbəbdən sözügedən xəstəxananın əvvəlki statusu geri qaytarılmalıdır.

Daha sonra illərdir Xudatda təcili tibbi yardım stansiyasının  tikintisinin yarımçıq qaldığını bildirdim. Zaur Əliyev tikintiisi yarımçıq qalmış təcili yardım stansiyasına vəsait ayrılacağı cavabını verdi. Sonra Xaçmaz rayon Mərkəzi Xəstəxanasında kompüter-tomoqrafiya aparatının olmamasını dedim.

Rəsmilər sözügedən aparatın 2 ay ərzində gətirilib quraşdırılacağını qeyd etdilər. Məqam son aylar Qusar rayon Mərkəzi Xəstəxanasında baş verən qalmaqallara çatdı. Tibb ocağının münaqişə yuvasına çevrilməsi, xəstəxana rəhbərliyinin sağlam mühit yarada bilməməsi, vaxtı keçmiş dərmanlardan istifadəyə göstəriş verənlərlə bağlı heç bir tədbirin görülməməsini, eyni zamanda bu xəstəxanadan çoxsaylı şikayətlərin olduğunu deyəndə, mübahisə düşdü. Bu vaxta qədər söhbətimiz sakit gedirdi”. 

Müqəddəs Mehdiyevin iddiasına görə Vüqar Qurbanov onu əsassız yerə ittiham edərək qaldırdığı məsələləri şər və böhtan adlandırıb:
 

“Vüqar müəllim təkrar-təkrar “bu dediklərin şər və böhtandır, həmin şikayətləri bizə göndərin” deyə irad bildirdi. Mən isə “onsuz da bütün materialları sizə göndərirəm, özünüzü dövlət orqanı nümayəndəsi kimi aparın, sizin dedikləriniz şər və böhtandır" deyə cavab verdim. Mübahisəmiz 7-8 dəqiqə çəkdi. Hamı ayağa qalxdı və otaqdan çıxdım”.


Müqəddəs Mehdiyev onu da əlavə edib ki, mübahisədən sonra özünü pis hiss edib, təzyiqi qalxdığı üçün təcili tibbi yardıma müraciət edib. 

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.

Rəsmi qurumun mövqeyini dərc etməyə hazırıq. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

End of content

No more pages to load

RADİO