Siçanlar şəhəri ələ keçirir - Ölümcül bakteriya YAYILIR

Siçanların insanlar üçün ölümcül təhlükə yarada biləcək bakteriyaları yaydığı araşdırmalar nəticəsində məlum olub.

Bizim.Media xəbər verir ki, ABŞ-da aparılan altı illik araşdırma Boston şəhərindəki siçanların insanlar üçün ölümcül ola biləcək leptospiroz bakteriyasını yaydığını üzə çıxarıb.

Tufts Universitetinin rəhbərliyi və ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA), Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) və Şimali Arizona Universitetinin əməkdaşlığı ilə aparılan araşdırma çərçivəsində 2016-2022-ci illər arasında Bostonun 17 fərqli nöqtəsindən toplanan 328 siçan nümunəsi təhlil edilib.

Nəticədə siçanların böyrəklərində leptospiroz xəstəliyinə səbəb olan Leptospira bakteriyasına rast gəlinib. Nümunələrin 18 faizində bu bakteriyanın olduğu müəyyən edilib.

Araşdırma göstərib ki, bu bakteriya əsasən tropik bölgələrdə yayılıb, lakin iqlim dəyişikliyi ilə daha sərin bölgələrdə də yayılmağa başlayıb. Siçan sidiyi ilə su, torpaq və durğun sulara keçən bakteriya, həmin mühitlə təmasda olan insan və heyvanlarda yoluxma riski yaradır.
 

2018-ci ildə Boston şəhərində qeydə alınan yoluxma hadisəsində, xəstədən alınan bakteriya ilə eyni bölgədə tutulan siçanlardan götürülən bakteriya nümunələrinin genetik quruluşunun demək olar ki, eyni olduğu sübut edilib. Bu isə şəhər siçanlarının birbaşa infeksiya mənbəyi olduğunu təsdiqləyib.


Bundan əlavə, siçan böyrəklərindən alınan bakteriyalar laboratoriyada uğurla artırılıb. Tufts Universitetindən Dr. Marieke Rosenbaum bu nəticənin elmi ədəbiyyatda bir ilk olduğunu bildirib. Şimali Arizona Universitetindən Prof. Dr. Dave Wagner isə tətbiq olunan yeni DNT texnikalarının bakteriyanın şəhərdaxili yayılma yollarını dəqiq şəkildə izləməyə imkan verdiyini deyib.

Araşdırmada qeyd olunub ki, insanlar siçanlarla birbaşa tez-tez təmasda olmasa da, evsiz şəxslər və açıq havada narkotik istifadə edən insanlar daha yüksək risk altındadır.

Dr. Rosenbaum, xəstəliyin əlamətlərinin çox vaxt yüngül keçdiyini, buna görə diaqnoz və qeydiyyat hallarının az olduğunu bildirib.

Antibiotiklərlə müalicə nəticəsində simptomlar olmadan sağalma, bir çox yoluxmanın qeydə alınmadan keçməsinə səbəb olur.

Siçanların şəhərdaxili hərəkətləri də araşdırılıb. Bostonun müxtəlif bölgələrindəki siçan populyasiyalarının genetik baxımdan fərqli olduğu, hər məhəllədə fərqli bakteriya növünün yayıldığı və siçanların təxminən 600 metr məsafə qət edə bildiyi müşahidə olunub. Yaşıl sahələr və bioloji keçidlər siçanlar üçün keçid yolu rolunu oynayır, geniş yollar isə onların hərəkətini məhdudlaşdırır.
 

Dr. Rosenbaum şəhər mühitində siçanların tamamilə yox edilməsinin real olmadığını deyərək, siçan nəzarəti tədbirlərinin həm heyvanların sayı, həm də xəstəliklərin yayılması baxımından daha dərindən araşdırılmasının vacibliyini vurğulayıb.


Araşdırmanın nəticələri "PLOS Neglected Tropical Diseases" adlı elmi jurnalda dərc olunub və şəhərlərdə tətbiq ediləcək yeni ictimai sağlamlıq və siçanla mübarizə strategiyaları üçün mühüm qaynaq hesab edilir. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Tramp: Netanyahu bosun kim olduğunu bilir

Tramp: Netanyahu bosun kim olduğunu bilir

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

İyulda bu bürcləri maddi çətinlik gözləyir

İyulda bu bürcləri maddi çətinlik gözləyir

Xanım deputata ağır İTKİ üz verdi

Xanım deputata ağır İTKİ üz verdi

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Bakıda bu taksilər qiyməti ARTIRDI

Bakıda bu taksilər qiyməti ARTIRDI

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

Ağdamda faciəvi şəkildə həlak olan ailənin FOTOSU

Ağdamda faciəvi şəkildə həlak olan ailənin FOTOSU

Xameneinin dəfnində sirli boşluq: Müctəba haradadır?

Xameneinin dəfnində sirli boşluq: Müctəba haradadır?

Zəngilanda bir nəfər çayda boğuldu

Zəngilanda bir nəfər çayda boğuldu

Milyarderin keçmiş xanımından Türkiyə paylaşımı: Gecəsi 1 milyona villada qalır - FOTO

Milyarderin keçmiş xanımından Türkiyə paylaşımı: Gecəsi 1 milyona villada qalır - FOTO

End of content

No more pages to load

RADİO