Avropa İttifaqı (Aİ) “Azadlıq” radiosunun Aİ-nin qonşu regionları, Qafqaz və Mərkəzi Asiyada yayımını dəstəkləmək üçün ona 5,5 milyon avro ayırıb.
Bizim.Media xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, “Azadlıq” radiosu Rusiya Federasiyasında xarici agent media orqanı kimi tanınıb və arzuolunmaz təşkilatların reyestrinə daxil edilib.
Bizim.Media