Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.
Bizim.Media “Referans.az”a istinadən xəbər verir ki, bir neçə gün bundan öncə SOCAR-ın Neft Kəmərləri İdarəsinin rəisi vəzifəsindən azad edilən Vasif Əmirov SOCAR-da daha yüksək posta Baş ofisdə Loqistika və İnfrastrukturun idarə olunması Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Neft Kəmərləri İdarəsinin rəisi vəzifəsinə isə Pərviz İbadullayev təyinat almışdı.

Bizim.Media