Beynəlxalq Muğam Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı konfrans keçirildi - FOTO

Beynəlxalq Muğam Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı konfrans keçirilib.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.


Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin ölkə mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən bəhs edib. O diqqətə çatdırıb ki, Ulu Öndər yalnız siyasət və dövlət idarəçiliyi sahəsində deyil, həm də Azərbaycan mədəniyyətinin formalaşmasında və yüksəlişində müstəsna rol oynamış liderlərdəndir.

“Ulu Öndər Heydər Əliyev hələ gənclik illərindən sənətə, ədəbiyyata, musiqiyə və teatr sənətinə böyük maraq göstərib. Sovet dövründə Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə mədəniyyət sahəsinin inkişafını strateji istiqamətə çevirmiş, mədəniyyət müəssisələrinin yenilənməsi, sənət adamlarının fəaliyyətinin dövlət səviyyəsində dəstəklənməsi istiqamətində əhəmiyyətli işlər görüb.

Müstəqillik dövründə də Heydər Əliyev mədəniyyət siyasətini dövlət quruculuğunun vacib istiqaməti kimi müəyyən etmiş, bu sahədə əsaslı qanunvericilik və institusional islahatlar həyata keçirmişdir. “Mədəniyyət haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kinematoqrafiya haqqında”, “Muzeylər haqqında” və digər qanunlar məhz onun təşəbbüsü ilə qəbul olunub. Ulu Öndər sənət adamlarına daim xüsusi diqqət və ehtiramla yanaşıb, onların sosial rifahının yaxşılaşdırılması, yaradıcılıq evləri ilə təmin olunması və əsərlərinin nəşrinə dəstək verilməsi üçün konkret addımlar atıb. O, teatr premyeraları, sərgilər və konsertlərdə şəxsən iştirak edir, sənət adamları ilə görüşərək onların problemlərinə diqqətlə yanaşıb. Bu gün Ulu Öndərin ideyaları Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri çərçivəsində mədəniyyət obyektlərinin inşası və irsimizin bərpası bu siyasətin davamlılığının bariz nümunəsidir. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına mühüm töhfələr verir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşan tədbirlər ölkə daxilində və xaricdə böyük rezonans doğurur”, - S.Yusifova əlavə edib.

Mədəniyyət sahəsində həyata keçirilən islahatların yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu vurğulayan nazir müavini deyib:

“Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının hazırlanması, vergi güzəştlərinin tətbiqi və resursların təmərküzləşdirilməsinə əsaslanan mədəniyyət modeli istiqamətində atılan addımlar sahənin davamlı inkişafını təmin etməyə xidmət edir. Mədəniyyət Nazirliyi olaraq bu ideoloji xəttə uyğun şəkildə fəaliyyət davam etdirilir və mədəni irsin qorunması, inkişafı naminə görülən işlər daha geniş miqyas alır”.

Xalq yazıçısı Elmira Axundova Ulu Öndərin incəsənətə, xüsusilə teatra və musiqiyə olan marağını xatırladıb. O, Ulu Öndər Heydər Əliyevin incə musiqi duyumu və rəssamlıq qabiliyyətinə malik olduğunu bildirib. “Səttar Bəhlulzadə, Tahir Salahov kimi sənətkarlarla dostluğu, sənət aləminə göstərdiyi diqqət və ehtiram onun mədəniyyətə bağlılığının nümunəsidir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi, natiqlik bacarığı və fenomenal yaddaşı onu gələcək nəsillər üçün nümunəvi liderə çevirir”, - o əlavə edib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ümummilli Liderin siyasi fəaliyyətinə nəzər salaraq qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının milli kimliyini qorumaqla yanaşı, bu kimliyi əsaslandıran ideoloji konsepsiyanı da formalaşdıraraq onu real dövlət modelində tətbiq edib. O, Ulu Öndərin yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da böyük nüfuz qazandığını xüsusi vurğulayıb.

Konfransda digər çıxışçılar diqqətə çatdırıblar ki, Ulu Öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və həyata keçirdiyi siyasət bu gün də Azərbaycanın mədəni inkişaf yolunda əsas istiqamət kimi qəbul olunur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ələt dəmir yolu stansiyasında yollar yenilənir - VİDEO

Ələt dəmir yolu stansiyasında yollar yenilənir - VİDEO

Trampdan Britaniya kralına: “Biz olmasaydıq, indi hamınız alman dilində danışırdınız” - VİDEO

Trampdan Britaniya kralına: “Biz olmasaydıq, indi hamınız alman dilində danışırdınız” - VİDEO

Saakaşvili müxalifətin bir hissəsini real mübarizə aparmamaqda ittiham etdi

Saakaşvili müxalifətin bir hissəsini real mübarizə aparmamaqda ittiham etdi

Qeydiyyatdan keçən abituriyentlərin SAYI BİLİNDİ

Qeydiyyatdan keçən abituriyentlərin SAYI BİLİNDİ

Pentaqon və Google arasında kritik süni intellekt sazişi

Pentaqon və Google arasında kritik süni intellekt sazişi

Türkiyədən İsrailin ələ keçirdiyi “Sumud Donanması” ilə bağlı xəbərə REAKSİYA - FOTO

Türkiyədən İsrailin ələ keçirdiyi “Sumud Donanması” ilə bağlı xəbərə REAKSİYA - FOTO

Ukraynadan Perm şəhərinə DRON HÜCUMU - VİDEO

Ukraynadan Perm şəhərinə DRON HÜCUMU - VİDEO

“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”

“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”

İsrail “Sumud Donanması”nın gəmilərini ələ keçirdi – VİDEO

İsrail “Sumud Donanması”nın gəmilərini ələ keçirdi – VİDEO

Qəbul imtahanına qeydiyyat başa çatdı

Qəbul imtahanına qeydiyyat başa çatdı

Ermənistandan dəvət gəldi: Ərdoğan İrəvana gedəcək?

Ermənistandan dəvət gəldi: Ərdoğan İrəvana gedəcək?

"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri” ilə bağlı qərar verildi

"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri” ilə bağlı qərar verildi

Rusiya Odessaya zərbə endirdi: 16 yaralı var – FOTO-VİDEO

Rusiya Odessaya zərbə endirdi: 16 yaralı var – FOTO-VİDEO

İtin paraşütlə tullanmağı trend oldu - VİDEO

İtin paraşütlə tullanmağı trend oldu - VİDEO

Dünyanın ən bahalı şəhəri seçildi

Dünyanın ən bahalı şəhəri seçildi

Tramp: “Putin çoxdan razılaşma əldə etməyə hazır idi” – VİDEO

Tramp: “Putin çoxdan razılaşma əldə etməyə hazır idi” – VİDEO

Əməkhaqqı sistemi DƏYİŞİR – Bu şəxslərin maaşı ARTACAQ – FOTO

Əməkhaqqı sistemi DƏYİŞİR – Bu şəxslərin maaşı ARTACAQ – FOTO

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO- VİDEO

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO- VİDEO

Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı – FOTO/VİDEO

Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı – FOTO/VİDEO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Həmin hərbçilərin yeməkləri müzakirə yaratdı - Fotolar

Həmin hərbçilərin yeməkləri müzakirə yaratdı - Fotolar

Trampın elan etdiyi yeni hərbi gəminin dəyəri 17 milyard dolları keçəcək

Trampın elan etdiyi yeni hərbi gəminin dəyəri 17 milyard dolları keçəcək

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

ABŞ İranın 450 milyon dollarlıq kriptovalyutasını ələ keçirdi

ABŞ İranın 450 milyon dollarlıq kriptovalyutasını ələ keçirdi

End of content

No more pages to load

RADİO