Qazaxıstanda Arişa adlı xidməti it desantçı ilə birlikdə paraşütlə tullanıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Tullanışdan əvvəl it xüsusi təhlükəsizlik ləvazimatına bərkidilib. Bundan sonra o, hərbçilərlə birlikdə havadan eniş edib.
Görüntülərdə Arişanın həm uçuş zamanı, həm də yerə endikdən sonra sakitliyini qoruduğu görünür.
Qeyd olunur ki, xidməti itlər ciddi hazırlıq keçsələr də, bu cür kadrlar sosial şəbəkə istifadəçilərində böyük maraq və təəccüb doğurub.
Bizim.Media