“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”

Son illərdə kişilərin həyat yoldaşlarına emosional dəstək göstərmək istəyi doğuş otaqlarına qədər uzanıb. Buna qədər film və seriallarda, xarici xəbərlərdə izlədiyimiz kişilərin doğuş prosesində iştirak etməsi artıq ölkəmizdə də müşahidə olunur. İndi ata namizədlər övladının dünyaya gəlməsi anını canlı izləmək istəyirlər.
 

Bu tendensiya milli adət-ənənələri üstün tutan cəmiyyətin düşüncəsində hələ ki özünə yer edə bilmir. Yeni nəsil bunu ailə bağlarını gücləndirən, ata məsuliyyətini artıran müsbət dəyişiklik kimi qiymətləndirir, ancaq onların sələfləri “şit” hesab etdikləri bu hərəkəti ənənəvi rolların pozulması kimi görür və qəbul etmirlər.


Bu mövzu ətrafında müxtəlif fikirləri öyrənmək üçün öncə “yol böyüyündür” prinsipinə sadiq qalaraq ağsaqqal mövqeyi almağa çalışdıq. Eşitdiyimiz cavab isə kifayət qədər sərt oldu. Bizə “gedib düz-əməlli işlə məşğul ol”mağı məsləhət görən 87 yaşlı həkim-fizioterapevt Rəşid Mahmudov həmişəki ampluasında məsləhətlərini sıraladı.

Maraqlıdır ki, azərbaycanlı ağsaqqal kişilik dərsini rusdan almağı tövsiyə edərək bizi rus yazıçısı Belinskiyə yönəltdi. Belə çıxdı ki, Belinski “O boyda Puşkinin müəllimi” olubsa, bizim kişiləri daha yaxşı ram edə bilər.

Ağsaqqal həkim dilə gətirməsə də böyük ehtimalla yazıçının məşhur “Arvadaoxşar kişilər insanlığa edilmiş ən böyük təhqirdir” deyimini nəzərdə tutur.

R.Mahmudov mühafizəkar mövqeyini qoruyaraq kişilik anlayışının zəifləməməli olduğunda israrlıdır:

“Kişidən söhbət gedirsə kişi kişidir, arvadla doğuşa girən kişi nəyə lazım?”

Bu yanaşmanı çoxları prinsipial və dəyişməz dəyər kimi qoruyur. Yeni nəsil üçünsə köhnəlmiş fikirdən başqa bir şey deyil. Çünki cəmiyyət dəyişdikcə, düşüncələr dünyəviləşdikcə, “kişilik” anlayışı Belinskinin “əyar”ına uyğun gəlmir. Üstəlik atanın doğuşda iştirak edib-etməməsini təkcə kişinin seçimi deyil, xanımı da bunu tələb edə bilər.
 

Qeyd edək ki, Azərbaycanda doğuş zamanı qadının yaxınlarından bir nəfərin əməliyyatda iştirakına icazə verilir. Dövlət xəstəxanalarında buna xoş baxılmasa da, özəl klinikalarında əməliyyatda qadının həyat yoldaşı iştirak edə bilər, ancaq doğuş xərcindən əlavə, həyat yoldaşının iştirakı üçün əlavə ödəniş etməlidir.


Amma əksər mama-ginekoloqlar kişilərin prosesdə iştirakını əlavə problem hesab edirlər. Çünki həyat yoldaşının çəkdiyi ağrılara laqeyd qala bilməyən kişilər soyuqqanlılığı qorumaqda çətinlik çəkir, həyəcanlanıb problem yarada, həkimin işinə müdaxilə edə bilərlər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

Qaxda AĞIR QƏZA – Ölən və yaralılar var

Qaxda AĞIR QƏZA – Ölən və yaralılar var

ŞOK: “The New York Times” qəzeti bağlanacaq? – Trampdan açıqlama

ŞOK: “The New York Times” qəzeti bağlanacaq? – Trampdan açıqlama

Dünya bazarında qızıl ucuzlaşdı

Dünya bazarında qızıl ucuzlaşdı

Britaniyada dizel yanacağı bahalaşdı - Məktəb avtobusları işləməyəcək?

Britaniyada dizel yanacağı bahalaşdı - Məktəb avtobusları işləməyəcək?

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Millətlər Liqası: Fransa Belçikanı məğlub etdi – VİDEO

Millətlər Liqası: Fransa Belçikanı məğlub etdi – VİDEO

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB – VİDEO

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB – VİDEO

Altı il öncə bu gün – 6 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 6 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Bu vətəndaşların kredit borcu silinəcək

Bu vətəndaşların kredit borcu silinəcək

“Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir”

“Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir”

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Qazaxda yeniyetmələr arasında mübahisə qanla nəticələndi

Qazaxda yeniyetmələr arasında mübahisə qanla nəticələndi

Tovuzda ata oğlunun boğazını bıçaqladı

Tovuzda ata oğlunun boğazını bıçaqladı

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

End of content

No more pages to load

RADİO