"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri” ilə bağlı qərar verildi

Ali Məhkəmədə "TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəməkdə təqsirləndirilən Toğrul Kərimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Toğrul Kərimov "TikTok" hesabında özünü "STT Group" şirkətinin rəhbəri kimi təqdim edərək qurbanlarına dənizçi işinə düzəltmək vədi verib. Bu yolla onların külli miqdarda pulunu dələduzluq yolu ilə keçirib.
 

Məlumata görə, vətəndaşlar polisə şikayət edərək, Toğrul Kərimov tərəfindən aldadıldıqlarını bidliriblər. Onlar ərizələrində qeyd ediblər ki, Toğrul Kərimov "TikTok" sosial şəbəkəsində adamları rəhbəri olduğu şirkət vasitəsiylə dənizçi kimi yüksəkmaaşlı işlə təmin edəcəyinə inandırıb və buna görə onlardan müxtəlif məbləğlərdə pul alıb.



Əvvəllər məhkum olunmuş paytaxt sakini, 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakıdakı nümayəndəsi kimi təqdim edib.

Vətəndaşları şirkətdə yüksəkgəlirli işlə təmin edəcəyini vəd edərək bu üsulla 181 nəfərin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

Qaxda AĞIR QƏZA – Ölən və yaralılar var

Qaxda AĞIR QƏZA – Ölən və yaralılar var

ŞOK: “The New York Times” qəzeti bağlanacaq? – Trampdan açıqlama

ŞOK: “The New York Times” qəzeti bağlanacaq? – Trampdan açıqlama

Dünya bazarında qızıl ucuzlaşdı

Dünya bazarında qızıl ucuzlaşdı

Britaniyada dizel yanacağı bahalaşdı - Məktəb avtobusları işləməyəcək?

Britaniyada dizel yanacağı bahalaşdı - Məktəb avtobusları işləməyəcək?

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Millətlər Liqası: Fransa Belçikanı məğlub etdi – VİDEO

Millətlər Liqası: Fransa Belçikanı məğlub etdi – VİDEO

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB – VİDEO

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB – VİDEO

Altı il öncə bu gün – 6 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 6 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Bu vətəndaşların kredit borcu silinəcək

Bu vətəndaşların kredit borcu silinəcək

“Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir”

“Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir”

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Qazaxda yeniyetmələr arasında mübahisə qanla nəticələndi

Qazaxda yeniyetmələr arasında mübahisə qanla nəticələndi

Tovuzda ata oğlunun boğazını bıçaqladı

Tovuzda ata oğlunun boğazını bıçaqladı

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

End of content

No more pages to load

RADİO