ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı razılaşma əldə etməyə hazır olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında Putinin “çoxdan razılaşma bağlamağa hazır olduğunu” deyib.
“Mən düşünürəm ki, bəzi insanlar onun razılaşma əldə etməsini çətinləşdirdilər”, - deyə ABŞ Prezidenti bildirib.
Tramp əlavə edib ki, Rusiya Prezidenti Ukrayna ilə bağlı məsələnin həllini görmək istərdi.
ABŞ liderinin sözlərinə görə, münaqişənin dayandırılması üçün diplomatik imkanlar hələ də mövcuddur.
Bizim.Media