Qida borusunda ilişib qalan NƏTİCƏ - Yarımçıq qalan yoxlama - VİDEO

Qida Təhlükəsizliyi Agentliyinin son günlər vüsət alan kütləvi yoxlamalarından danışmaq istəyirəm. Ard-arda bir neçə məşhur restoranda aparılan yoxlamalardan hamımız xəbərdarıq.

Çirkli mətbəxlər, saxta içkilərin nümayişi, qida təhlükəsizlyi qaydalarını pozan onyektlərin ifşa olunması və bütün bunların ictimaiyətə təqdim edilməsi təqdirəlayiq addımdır.
 

Amma nə sirdirsə bu hücum birdən başladı. Cəza mexanizmi isə cərimə yazıb işini bitmiş hesab etməkdən ibarət imiş. Necə deyərlər yoxladıq, nöqsan tapdıq, cərimə elədik getdik. Sabah yenə həyat olduğu kimi davam edir. Gəlin, yeyin için, ZƏHƏRLƏNİN....


AQTA-nın yaydığı məlumatların bəzilərində xarici istehsalçıya məxsus olduğu göstərilən saxta spirtli içkilər də nümayiş olunurdu. Bu xəbərdən sonra şəxsən tərəfimdən sual ünvanladım ki, bəs bu saxta içki restorana necə gəlib düşüb? Araşdırmanızın nəticəsi barədə məlumat verə bilərsiz? Saxta spirtli içkiləri restoran işçiləri özləri istehsal edir yoxsa restorana hansısa şirkət gətirir? Dolayı və qarışıq bir cavab aldım. Ajans.az-ın sorğusuna da şablon cavab gəldi. “Qanunsuzluğu aşkar edirik, cərimə olunurlar, məlumat tərəfimizdən ictimailəşir”. Vəssalam.

Bu saxta spirtli içkini aşkar etdiz. Çox gözəl. Bəs indi biz istehlakçı olaraq məlum restoranlarda bundan sonra saxta içki satılmadığını necə müəyyən edək? Axı siz yoxlamısız. Aşkar da etmisiz. Niyə demirsiz bilək ki, saxta içki bu restoranda istehsal olunur yoxsa xaricdən idxal edildiyini deyən hansısa şirkət tərəfindən gətirilir? Niyə gizlədirsiz? Nəyi gizlədirsiz?

Hansı tədbir görürsüz? İşiniz yalnız cərimə edib arxanıza baxmadan çıxıb getməkdir? Bəs bu saxta içkinin, onu istehsal edənin, camaata satanın məsuliyyəti necə oldu? Məqsəd müəyyən cərimə məbləğini hesabınıza köçürtdürüb hesabatda bu qədər iş görmüşük görüntüsü yaratmaqdır, ya necə?

AQTA-nın rəsmi səhifəsində maraqlı və kifayət qədər çox yaxşı məlumatlar yer alır. Biz dəfələrlə Ajans.az xəbər portalında bu məlumatları yayımlamışıq, yayımlayırıq da. Amma düşünürəm ki, AQTA-nın rəhbəri hörmətli Qoşqar Təhməzlinin brifinqi olsa biz jurnalistlər də suallarımızı verib cavabımızı ala bilərdik. Mətbuat xidməti isə inciməsin. Yenə zəng və yenə uzun-uzadı cavabı olmayan izaha ehtiyac yoxdur. Çünki nəticəsizdir yoxlamalar kimi.....

Tural Müseyibov

Ajans.az Xəbər Portalının Baş Redaktoru



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

End of content

No more pages to load

RADİO