Şəkidə ailəli kişi sevgilisini dağa aparan zaman QƏZAYA düşdü: Özü həyatını itirdi, qadın yaralandı

Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Təbrizin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, hadisə 20 noyabr 2024-cü ildə baş verib.

Rayonun Baş Göynük kənd sakini Təbriz həmin gün saat 14 radələrində özünə məxsus “Mercedes Benz 190” markalı avtomobili ilə yüksək sürətlə rayonunun Qudula kənd yolunda Şəki şəhəri istiqamətində hərəkət edib.

O, idarə etməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobilin sağ arxa oturacağında əyləşmiş 1998-ci il təvəllüdlü Mətanət xəsarət alıb. 1991-ci il təvəllüdlü digər sərnişin Zamir İsmayılov xəstəxanada tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, noyabrın 21-də xəstəxanada ölüb.
 

Hadisəni törədən Təbrizin barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təbriz bildirib ki, təxminən 15 ildən artıqdır avtomobil idarə edir:

“Anama məxsus “Mercedes Benz 190” markalı avtomobili etibarnamə əsasında idarə edirəm. Noyabrın 20-də təxminən saat 10 radələrində yaşadığım kənddə icra nümayəndəliyinin binasının qarşısında dayanmışdım. Həmkəndlim Zamir yanıma gəldi. Şəki şəhərinə gedib-gəlməyimizin mümkün olub-olmadığını soruşdu. Onunla razılaşdıq. Zamir maşının qabaq sağ oturacaqda əyləşdi. Şəki avtovağzalı istiqamətinə hərəkətə başladıq. Şəkidə düşüb çay içdik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Zamirin tanışı olan, adını sonradan bildiyi Mətanət də ora gəlib:

"Hər ikisi avtomobilə əyləşdi. Zamir qabaq sağ oturacaqda, Mətanət isə arxa sağ oturacaqda oturdu. Zamir dedi ki, Şəkinin Qudula kəndinə gedib, oranı hərləndikdən sonra yaşadığımız Baş Göynük kəndinə qayıdarıq. Avtovağzaldan çıxdıq, maşını üzü Qudula kəndi istiqamətinə sürdüm. Təxminən saat 14 radələrində Qudula kəndinə çatmağa az qalmış sürəti 120-yə qaldırdım. Bu vaxt partlayış səsi eşitdim və avtomobilin arxa sol tərəfindəki təkərin partladığını hiss etdim. Özümü itirdim, əlimi sükandan çəkdim. Avtomobil yolun əks istiqamətinə, kənardakı torpağa çıxdı və bir dəfə aşdı.
 

Özümə gələndə Təcili Tibbi Yardım avtomobilinin gəldiyini, Zamirlə Mətanəti təcili yardım avtomobilinə mindirərək apardıqlarını gördüm. Sonra məni də təcili yardım avtomobilinə mindirib Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirdilər”.


Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxslə və mərhumun hüquqi varisi ilə barışıq əldə edib. Onun ifadəsinə görə, himayəsində yaşlı ata və anası var, əməlindən səmimi peşmançılıq çəkir.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Mətanətin sözlərinə görə, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla tək yaşayır:

“Təxminən 3-4 aydır Zamiri tanıyırdım, aramızda sevgi münasibətləri vardı. Noyabrın 20-də təxminən saat 9 radələrində Zamirlə telefonla danışdım, mənə Şəki rayonuna gəlməyimi, bir gün onunla qalmağımı təklif etdi. Əvvəl razılıq verməsəm də, sonra razılaşdım”.

Zərərçəkmiş qeyd edib ki, noyabrın 20-də saat 13 radələrində Şəki avtovağzalına gəlib:

“Orada Zamir və Təbriz mənə birlikdə dağa getməyi təklif etdilər. “Mersedes Benz 190” markalı avtomobilə əyləşdik. Birlikdə Şəki rayonunda tanımadığım yüksəklik olan yerə getdik. Orada bir az durduqdan sonra yenə avtomobilə mindik, mən arxa sağ oturacaqda, Zamir qabaqda əyləşdi.

Yolda Təbrizlə Zamir birlikdə Zamirin əlində olan mobil telefondakı “TikTok” sosial platformasında videolara baxırdılar. On beş dəqiqə keçərdi, qəfil qarşıdan üzərimizə avtomobil gəldiyini gördüm. Təbrizin fikri yayındığı üçün gələn avtomobili görmədi, sükanı buraxdı, maşın yolun əks istiqamətinə çıxdı, 7-8 dəfə dövrə vuraraq aşdı.

Zamir zərbənin təsirindən avtomobilin pəncərəsindən çıxaraq yerə düşdü. Mən də Zamirin yanına düşdüm. Təbriz isə avtomobilin içərisindən özü çıxdı. Mən və Zamiri təcili yardım avtomobilinə mindirdilər. Bizi Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirdilər. Mənə ilkin tibbi yardım göstərdilər”.

Zərərçəkmiş mərhum Zamirin hüquqi varisi qismində onun həyat yoldaşı çıxış edib. O bildirib ki, Şəki rayonunun Baş Göynük kəndində ailə üzvləri ilə birlikdə yaşayır:

“Rəsmi olaraq heç bir yerdə işləmirəm. Zamirlə 2012-ci ildə kəbinlə ailə həyatı qurmuşam, rəsmi nikahda olmasaq da, 2024-cü ilədək ər-arvad münasibətlərində birgə yaşamışıq. 2013-cü il təvəllüdlü qızımız, 2017-ci il təvəllüdlü oğlumuz dünyaya gəlib”.

Hüquqi varis qeyd edib ki, noyabrın 20-də saat 16 radələrində Şəki rayonu Baş Göynük kəndində yaşadığı evdə olan vaxt qaynanası ona yol-nəqliyyat hadisəsi baş verdiyini deyib:

“Qaynanam Qənirə ilə birlikdə xəstəxanaya getdik. Sonra məni və qayınanamı evə yola saldılar. Noyabrın 21-də saat 6 radələrində qardaşım mobil telefonuma zəng edərək ərim Zamir İsmayılovun öldüyünü bildirdi”.
 

Bu cinayət işinə Şəki Rayon Məhkəməsində baxılıb. Təbriz 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib. 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.


Təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

End of content

No more pages to load

RADİO