Bakı Qafqazda ilk dəfə keçiriləcək IATA-nın Aviasiya Enerji Forumuna ev sahibliyi EDƏCƏK

25 aprel 2025-ci il, Bakı – Azərbaycan daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, 2025-ci ilin 13-15 may tarixlərində Bakıda “Azərbaycan Hava Yolları”nın (AZAL)  dəstəyi ilə IATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Aviasiya Enerji Forumu keçiriləcək.

Bu barədə Bizim.Media-ya "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat verib.

Aviasiya Enerji Forumu (AEF) qlobal aviasiya sənayesinin enerji və dayanıqlılıq məsələlərinə həsr edilən ən nüfuzlu platformalardan biridir.
 

Tədbir Qafqazda ilk dəfə keçiriləcək və aviasiya sənayesinin mühüm məsələlərinin müzakirəsi, eləcə də gələcək enerji strategiyalarının müəyyənləşdirilməsi məqsədini daşıyacaq.


Bununla yanaşı, Azərbaycanın aviasiya və enerji sahələrində beynəlxalq mövqelərinin gücləndirilməsi və əməkdaşlıqların genişlənməsi baxımından önəmli bir addım olacaq. AZAL üçün bu tədbir ölkəmizin aviasiya diplomatiyasını və enerji gündəmini beynəlxalq səviyyəyə çatdırmaq baxımından yüksək əhəmiyyət daşıyır.

Forumun əsas mövzusunu aviasiya sektorunun karbonsuzlaşdırılması, dayanıqlı yanacaq növlərinin tətbiqi və enerji transformasiyası prosesində aviaşirkətlərin rolu təşkil edəcək. Tədbir zamanı təyyarə yanacağının kommersiya və texniki aspektləri, yanacaq tədarükü zəncirinin çətinlikləri, aviasiya sənayesinin vəziyyəti haqqında hesabatlar və digər mövzular ilə bağlı fikir mübadiləsi aparılacaq.

Bundan əlavə, AEF çərçivəsində Azərbaycanın yaşıl iqtisadiyyat strategiyası, tranzit və logistika imkanları, eləcə də enerji diplomatiyası kimi prioritet istiqamətlər xüsusi diqqət mərkəzində olacaq.

Qeyd edək ki, tədbirdə 60-a yaxın ölkənin və 65-dan çox aviaşirkətin nümayəndələri, ümumilikdə 700-ə yaxın qeydiyyatdan keçmiş iştirakçı bir araya gələcək.
 

Beləliklə, Forumda IATA üzvü olan aviaşirkətlərin nümayəndələri, o cümlədən yanacaq alqı-satqısı menecerləri və dayanıqlı inkişaf üzrə ekspertlər, IATA-nın Strateji Tərəfdaşları, yeni və ənənəvi yanacaq təchizatçıları, yanacaq xidmətləri təminatçıları və yanacaq sektorunun rəhbərləri də iştirak edəcək.


Qlobal aviasiya yanacaq cəmiyyətinin aparıcı sənaye tədbiri olan AEF yalnız dəvət olunmuş IATA üzvləri və IATA-nın yanacaq sektorundakı strateji tərəfdaşları üçün nəzərdə tutulub.

AEF çərçivəsində iştirakçılar aviasiya və enerji sahəsində panel müzakirələrində, kommersiya və texniki sessiyalarda iştirak edəcək, sərgi iştirakçıları və sponsorlarla görüşəcək, bilik və təcrübə mübadiləsi apararaq yeni əməkdaşlıq imkanları əldə edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rayonlarda torpaq BAHALAŞIR - VİDEO

Rayonlarda torpaq BAHALAŞIR - VİDEO

Bu müddət ərzində ölkədə balıq ovu qadağandır – Nazirlikdən xəbərdarlıq

Bu müddət ərzində ölkədə balıq ovu qadağandır – Nazirlikdən xəbərdarlıq

Qara zolaqlı döymənin mənası nədir?

Qara zolaqlı döymənin mənası nədir?

Ən şanslı BÜRCLƏR kimlər olacaq? – Mayın ikinci yarısı...

Ən şanslı BÜRCLƏR kimlər olacaq? – Mayın ikinci yarısı...

Daha bir ölkədə "Ebola" virusu aşkarlandı

Daha bir ölkədə "Ebola" virusu aşkarlandı

Hava limanındakı hərəkətinə görə turistin ölkəyə girişi qadağan edildi

Hava limanındakı hərəkətinə görə turistin ölkəyə girişi qadağan edildi

Zelenski xəbərdarlıq etdi: "Rusiya NATO ölkəsinə hücuma hazırlaşır"

Zelenski xəbərdarlıq etdi: "Rusiya NATO ölkəsinə hücuma hazırlaşır"

Xalq artistinin qızının nişanından görüntülər YAYILDI - VİDEO

Xalq artistinin qızının nişanından görüntülər YAYILDI - VİDEO

İranlı hakerlər ABŞ-də yanacaq monitorinqini “sındırıblar”

İranlı hakerlər ABŞ-də yanacaq monitorinqini “sındırıblar”

KEÇİD BALLARI belə müəyyən olunur - RƏSMİ

KEÇİD BALLARI belə müəyyən olunur - RƏSMİ

Qazaxıstanlıların Yaxın Şərqə səfəri QADAĞAN oluna bilər

Qazaxıstanlıların Yaxın Şərqə səfəri QADAĞAN oluna bilər

Bölgələrdə samovar çayının qiyməti 50 manata yüksəldi - VİDEO

Bölgələrdə samovar çayının qiyməti 50 manata yüksəldi - VİDEO

Livan və İsrail arasında atəşkəs rejimi UZADILDI

Livan və İsrail arasında atəşkəs rejimi UZADILDI

İranlı generaldan qəribə bəyanat: "Güc mənbəyimiz imandır"

İranlı generaldan qəribə bəyanat: "Güc mənbəyimiz imandır"

BMT-dən İsrailə sərt ittiham: Sülhməramlılara maneələr törədir

BMT-dən İsrailə sərt ittiham: Sülhməramlılara maneələr törədir

Müalicə effekt vermir: Elcana nə olub? – FOTO

Müalicə effekt vermir: Elcana nə olub? – FOTO

Prezidentin Qazaxıstana səfəri başa çatdı - VİDEO

Prezidentin Qazaxıstana səfəri başa çatdı - VİDEO

Müşfiqin Atatürkə yazdığı şeir tapıldı – FOTO

Müşfiqin Atatürkə yazdığı şeir tapıldı – FOTO

Ankarada Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirildi - FOTO

Ankarada Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirildi - FOTO

ABŞ-da yeniyetmələr daha AZ YATIR - yeni araşdırmanın nəticələri

ABŞ-da yeniyetmələr daha AZ YATIR - yeni araşdırmanın nəticələri

Şəkidə minik avtomobili yanıb

Şəkidə minik avtomobili yanıb

Sumqayıtda 41 yaşlı biznesmenin meyiti tapıldı

Sumqayıtda 41 yaşlı biznesmenin meyiti tapıldı

Süni intellekt sizi işdə əvəz edə bilərmi? - ARAŞDIRMA

Süni intellekt sizi işdə əvəz edə bilərmi? - ARAŞDIRMA

“Araz Naxçıvan” “Kəpəz”ə qalib gəldi – VİDEO

“Araz Naxçıvan” “Kəpəz”ə qalib gəldi – VİDEO

End of content

No more pages to load

RADİO