Şəki şəhəri ərazisində minik avtomobili yanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın hadisəsi M.F. Axundov prospektində baş verib.
Yanğın nəticəsində 1978-ci il təvəllüdlü Elnur Ağayevə məxsus “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yanğın FHN-in Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti tərəfindən söndürülüb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu