Bu müddət ərzində ölkədə balıq ovu qadağandır – Nazirlikdən xəbərdarlıq

Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə ölkə ərazisindəki bütün su hövzələrində balıq və digər su bioresurslarının ovu mayın 1-dən sentyabrın 1-dək qadağan edilib.

Bəs, qadağaya əməl etməyənlərə qarşı hansı tədbirlər görüləcək?

Bizim.Media xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov “azertag.az”a açıqlamasında bildirib ki, qadağa dövründə bu fəaliyyətlə məşğul olan vətəndaşlar barəsində qanunamüvafiq olaraq İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Onun sözlərinə görə, bu məqsədlə balıqçılar arasında profilaktik tədbirlər aparılır və müvafiq söhbətlər edilir:

“Mart və aprel aylarında Balıqçılıq və Akvakultura Mərkəzinin, eyni zamanda, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi xidmətinin əməkdaşlarının iştirakı ilə daha çox balıqçılar olan ərazilərdə söhbətlər aparılıb, profilaktik tədbirlər görülüb.

Mingəçevir və Şəmkir su anbarlarının yaxınlığında, Xəzərin sahilini əhatə edən Xaçmaz, Şabran və Siyəzən rayonları ərazisində, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, Qaradağ rayonu ərazisində, Baş Şirvan və Baş Mil-Muğan kollektorlarının mənsəbinin yaxınlığındakı ərazilərdə balıqçılarla görüşlər keçirilib. Həmçinin Neftçala, Lənkəran və Astarada da mütəmadi görüşlər təşkil olunub.

Görüşlərin məqsədi qadağa müddətində balıqçıları qanunsuz balıq ovuna çıxmamaları barədə məlumatlandırmaqdır. Bu tədbirlərin davamı olaraq respublika, ölkə ərazisində ümumilikdə bütün su anbarlarında, eyni zamanda, Xəzərsahili ərazilərdə qeyd olunan qurumlarla birgə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir”.

Elşən Məcidov, həmçinin qeyd edib ki, yanvarın 1-dən mayın 14-nə qədər keçirilən reydlərdə qanunsuz balıq ovu ilə məşğul olan 48 vətəndaş məsuliyyətə cəlb edilib, 45 fakt üzrə inzibati qaydada protokol tərtib olunub.
 

Üç fakt üzrə cinayət məsuliyyəti yarandığından bu materiallar aidiyyatı üzrə baxılması üçün hüquq-mühafizə orqanlarına göndərilib. Tədbirlər çərçivəsində aşkar olunmuş balıq ovu avadanlıqları sudan çıxarılıb.


Direktor müavini onu da bildirib ki, mayın 12-də IDEA İctimai Birliyi və Balıqçılıq və Akvakultura Mərkəzinin təşəbbüsü, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin və “Bakı balıqçılar və su altı ovçular klubu” İçtimai Birliyinin əməkdaşlarının iştirakı ilə Kürün sahilində - çayın Xəzər dənizinə töküldüyü hissədə təmizlik aksiyası keçirilib.

Aksiyada xüsusi qayıqlar və sanitar ləvazimatlardan istifadə etməklə Kür çayının delta hissəsi balıqçılıq torlarından və balıq ovlama alətlərindən, həmçinin sahilboyu ərazilər məişət tullantılarından təmizlənib.

“Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən balıq ehtiyatlarının mühafizəsi, qanunsuz balıq ovuna qarşı bu kimi tədbirlər mütəmadi olaraq keçirilir. Bir daha balıqçılara bildiririk ki, qanunsuz balıq ovundan çəkinsinlər, qadağa müddətində balıq ovu ilə məşğul olmasınlar. Əks halda bu fəaliyyətlə məşğul olan vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”, - deyə Elşən Məcidov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Liya Bayramovaya yeni vəzifə verildi

Liya Bayramovaya yeni vəzifə verildi

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Bakıda tanınmış restoranda biabırçılıq

Bakıda tanınmış restoranda biabırçılıq

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

İbrahim Borçalının evində toy olacaq

İbrahim Borçalının evində toy olacaq

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

End of content

No more pages to load

RADİO