Xoşqədəm ağladı: “Pandemiyada ayıldım ki, uşaqlar 4 yaşına gəlib” – VİDEO

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı efirdə kövrəlib.

Bizim.Media xəbər verir ki, o, “Günə bax” verilişində qonaq olarkən göz yaşlarını saxlaya bilməyib.

Aparıcı Musa Yaqubun şeiri səsləndikdən sonra onu xatırlayıb kövrəldiyini deyib:

“Həmin şeiri səsləndirəndə Musa müəllim gözündən yaş axıtmışdı. Mənə dedi ki, xahiş edirəm ağladığım hissəni kəsərsinizz, yoxsa daha verilişinə gəlməyəcəm. Həmçinin “Səni axtarıram”da yaşadığım çətinliklər yadıma düşdü. Pandemiya dövründə ayıldım ki, uşaqların 4 yaşı var. O gündən gərgin iş qrafikinə baxmayaraq uşaqlarla vaxt keçirməyə çalışıram. Evə tez gedirəm ki, onlarla vaxt keçirim, ya da səhər məktəbə mən aparıram, həftəsonu harada olsam da, tez gedirəm ki, uşaqlarımla vaxt keçirim.
 

Bu çətinlikləri yadıma saldım. Təyyarə bileti ucuz olsun deyə bir şəhərdən digərinə getmək üçün 8-10 saat hava limanında yatıb qalmağım, gözləməyim yadıma düşdü. Rusiyanın bütün şəhərlərində hava limanları Moskvadakı kimi deyil. Balaca şəhərlərə gedirsən, hava limanları soyuq, stullar dəmir olur. Zəhmətsiz uğur yoxdur. Habil müəllimin gözəl sözü var idi, deyirdi ki, Xoşqədəm, Allah sənə ya gözəl lütf verib getməliydin, ya da bəla verib. Habil müəllim bizim efirə gəlirdi, deyirdi ki, gedəndən sonra özünə gələ bilmir.


Deyirdi ki, fikirləşirəm ki, ya bu, Allahın bu qıza lütfüdür ki, kiminsə həyatına toxunur, ya da cəzasıdır. On beş ildir. İndi ailələr 1-2 ay sonra ayrılır, amma mən “Səni axtarıram”dan ayrılmamışam. Öz efirimdə bəzi məqamlarda tamaşaçının nəyisə bilməyini istəmirəm, burada səmimi etiraf edirəm, həm cəzadır, həm lütf. Lütfdür ki, tamaşaçı sevgisi var. Cəza odur ki, insanların dərdini çox dinlədim, baxdım ki, ömrümdən neçə il keçib yaşlanmışam. Fikirləşirəm ki, kaş 30 yaşım olardı, fərqli şeylər seçərdim. Elə olub ki, kömək etmək istəmişəm, sonra o insanların nankorluğu, qədirbilməzliyi məni çox sıxıb.

Mənə kimsə zərrə qədər yaxşılıq edəndə Allaha şükür edirəm, az qalıram həmin insanın qarşısında qul olam ki, filan vaxt yaxşılıq edib. İndiki insanların çoxu, xüsusilə də gənclər bunu dərk etmir. Əgər biri dəstək olursa, əlinizdən tutursa, unutmayın. Siz unutmasanız, gələcəkdə sizin də etdiklərinizi unutmayacaqlar. Məni gənclər televiziyadan tanıyır, amma qəzetçilikdən gəlmişəm, 36 ildir mediadayam. Zəhmət olmasa, əmək sərf etməsəniz, uğur yoxdur. Ola bilər ki, kimlər yardım etsin, müvəqqəti kiminsə yolunu bağlayıb, sizi irəli çəksin. Amma istedad, zəhmət işgüzarlıq yoxdursa, bu, müvəqqətidir”. (olay.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO