Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ – SİYAHI

Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların pensiya yaşı isə 64-dür. İyul ayında qadınların pensiya yaşı 6 ay artaraq 64,6 olacaq. “Əmək pensiyaları haqqında” Qanuna görə, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi isə 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla müəyyənləşdirilir.

Yəni bir il sonra qadınların da pensiya yaşı 65 olacaq.

Lakin bu qayda hamıya aid deyil, pensiya yaşı müxtəlif insanlarda fərqli ola bilər. Bu insanın peşəsi, sağlamlığı və himayəsində olan uşaqların yaşına görə müəyyənləşir.

Bizim.Media daha tez pensiya hüququ yaranan şəxslərin siyahısını təqdim edir:

Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Hazırda bu sahədə göstərilən qədər açlışanların pensiyaya çıxması üçün tələb olunan minimum yaş kişilər üçün 60, qadınlar üçün 59 müəyyən edilib.

Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Kişilər 45 yaş, qadınlar isə 44 yaşa çatdıqda pensiya lamq hüquqları yaranır.

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilər 50, qadınlar isə 49 yaşında pensiyaya çıxa bilərlər.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Belə olduqda kişilərin 60, qadınların isə 59 yaşında pensiya almaq hüququ yarana bilər.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da

Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da

Zakir Həsənov birgə hərbi təlimdə iştirak edib

Zakir Həsənov birgə hərbi təlimdə iştirak edib

Məktəblərdə “fond pulu” yığılması qanunidirmi?

Məktəblərdə “fond pulu” yığılması qanunidirmi?

Yaşar Gülər Azərbaycandan dünyaya VACİB MESAJ VERDİ: Müharibəyə hazır olmaq lazımdır

Yaşar Gülər Azərbaycandan dünyaya VACİB MESAJ VERDİ: Müharibəyə hazır olmaq lazımdır

Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi

Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi

İdmançımız dünya kubokunda ölkə rekordunu yenilədi

İdmançımız dünya kubokunda ölkə rekordunu yenilədi

Vüsal Cahangirinin kitabının yeni nəşri rus dilində işıq üzü görəcək

Vüsal Cahangirinin kitabının yeni nəşri rus dilində işıq üzü görəcək

3 ölkənin müdafiə naziri Xocavənd rayonunda hərbi texnikanın sərgisində – FOTO

3 ölkənin müdafiə naziri Xocavənd rayonunda hərbi texnikanın sərgisində – FOTO

SON DƏQİQƏ! Zaqatalada zəlzələ baş verdi

SON DƏQİQƏ! Zaqatalada zəlzələ baş verdi

4752 ədəd kosmetik vasitəni gömrükdən keçirmək istədilər – QARŞISI ALINDI

4752 ədəd kosmetik vasitəni gömrükdən keçirmək istədilər – QARŞISI ALINDI

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Kiberpolisdən ƏMƏLİYYAT – 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldı – VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT – 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldı – VİDEO

“Validator quraşdırılsa da, orta qapıdan minməyə icazə verilmir” – Şikayətlərə AYNA-dan CAVAB

“Validator quraşdırılsa da, orta qapıdan minməyə icazə verilmir” – Şikayətlərə AYNA-dan CAVAB

Ermənilərin illər öncə hərbçilərimiz haqqında etdiyi etiraf - VİDEO

Ermənilərin illər öncə hərbçilərimiz haqqında etdiyi etiraf - VİDEO

Dünyanın DİQQƏTİ Putində: "Valday" Diskusiya Klubunda vacib açıqlamalar verəcək

Dünyanın DİQQƏTİ Putində: "Valday" Diskusiya Klubunda vacib açıqlamalar verəcək

Bu şəxslər maaşdan əlavə pul alacaq

Bu şəxslər maaşdan əlavə pul alacaq

Narkotik testinin nəticəsi məlum oldu

Narkotik testinin nəticəsi məlum oldu

Rusiyada iki təyyarə avtomobil yoluna məcburi eniş etdi - VİDEO

Rusiyada iki təyyarə avtomobil yoluna məcburi eniş etdi - VİDEO

Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başladı – RƏSMİ

Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başladı – RƏSMİ

Gəncə məktəbində zəhərlənən şagirdlərin son DURUMU

Gəncə məktəbində zəhərlənən şagirdlərin son DURUMU

Türkiyədə zavodda güclü partlayış: Xəsarət alanlar var

Türkiyədə zavodda güclü partlayış: Xəsarət alanlar var

Sabah saat 09:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 09:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

End of content

No more pages to load

RADİO